Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - ¹15

 

İxtisasartırma təhsilindən bəhrələnirik

 

Müstəqillik yolları ilə mətin addımlarla irəliləyən Azərbaycan Respublikasında Təhsil İslahatı Proqramının əsas konseptual ideyası və təməl prinsiplərinin başlıca mahiyyəti xalqımızın unudulmaz milli lideri Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" müdrik ifadəsində layiqincə dəyərləndirilmişdir.

Bu gün isə bu strateji təhsil siyasəti ulu öndərin davamçısı,  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "XXI əsr intellekt əsridir" deyən dövlət başçısı qeyd edir ki, "dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, bacarıqdır, savaddır. Ona görə Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var".

Təhsilimiz bu gün sürətlə inkişaf edir, təkmilləşir, yeni forma və məzmunla zənginləşir. Artıq inkişaf dinamikası elə bir vüsət almışdır ki, uzun illər alışdığımız, nəticələrini müsbət və proqressiv zənn etdiyimiz ensiklopedik bilik sistemindən ibarət olan hafizə məktəbinin, qaçılmaz reallığımız olan bazar iqtisadiyyatı və mövcud ictimai-siyasi mühitin tələbləri ilə uyğunlaşaraq idrak və təfəkkür məktəbinə çevrilməsi prosesinin dönməzliyini təmin etmişdir. Biz müəllimlər, bu prosesin fəal iştirakçıları olmalıyıq. Qarşımızda duran ən başlıca məqsəd ondan ibarət olmalıdır ki, təhsilini başa çatdıran hər bir gənc potensial imkanlarından tam istifadə etsin, həyatın bütün tələblərinə uyğun dünyəvi bilik, bacarıq və vərdişlərə yiyələnsin, ümumi təhsil məktəb məzunu üçün müəyyən edilən ən vacib kompetensiyalara yiyələnsin.

Sözsüz ki, bütün bunlara nail olmaq üçün, ilk növbədə, məktəbin idarə edilməsi yeni forma və məzmunla zənginləşdirilməli, fəaliyyət strukturunun demokratik prinsiplər əsasında qurulması təmin edilməlidir. Bununla yanaşı, təhsilimizdə baş verən böyük dəyişikliklərin, yenilik və islahatların, yeni təlim texnologiyalarının nəbzini gecikmədən tutmağı bacarmalıyıq, daim öz üzərimizdə çalışmalı, təkmilləşməliyik, əlavə təhsil almalıyıq.

Bu baxımdan 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə fəaliyyətə başlamış Azərbaycan Müəllimlər İnstitutu hər bir təhsil müəssisəsinin pedaqoji kadrlarının ixtisasartırma, yenidənhazırlanma və əlavə təhsil almaq ehtiyaclarını ödəyən əvəzolunmaz tədris ocağıdır desəm, yəqin ki, səhv etmərəm. Uzaqdan öz səliqə-sahmanı ilə hər kəsi cəlb edən institutun gül-çiçəkli həyətinə daxil olduqda, ilk növbədə, heyrətlə baxdığım "Heydər Əliyev Mərkəzi" oldu. Öyrəndim ki, onun yaradıcısı institutun rektoru, professor Aqiyə Naxçıvanlıdır. O, ümummilli lider haqqında zəngin material toplamış, dahi rəhbərimizin bütün həyat və fəaliyyətini eksponatlarda əks etdirmişdir. Ümumiyyətlə, A.Naxçıvanlının rektor kimi fəaliyyət dövrünü institutun tarixində, sözün əsl mənasında, intibah dövrü adlandırsaq, səhv etmərik.

İnstitutda hökm sürən ciddi nizam-intizam, professor-müəllim heyətinin yüksək davranış mədəniyyəti, bu tədris müəssisəsində çalışmaqdan duyduqları fərəh hissi müəllim peşəsinin nə qədər müqəddəs olduğunu təsdiq edir. Elə hiss etdim ki, burada fəaliyyət göstərən hər bir müəllim özü də şagirddir və təlim-tərbiyə prosesinin fəal iştirakçısıdır.

Təhsil müəssisəsinin idarə olunması aspektləri ətrafında dinlədiyim müzakirə və dialoq mahiyyətli mühazirələrdə gələcək iş fəaliyyətim üçün konkret və real addımlar müəyyən etdim. Bu gün tətbiqinə geniş yol açılmış innovasiyaların təqdimatı mexanizmləri qaçılmaz reallıqlar prizmasından və süzgəcindən keçirilir və institutda vahid istiqamətdə məqsədli fəaliyyət təhsil islahatının gələcək uğurlarından xəbər verir.

İnstitutda müasir tələblərə cavab verən maddi-texniki baza yaradılmış, əlavə təhsil üzrə kabinetlər müasir tələblərə cavab verən texniki vasitələrlə təchiz edilmişdir. Əksər kabinetlərdə İKT avadanlıqları vardır.

Azərbaycan Müəllimlər İnstitutunda təhsilin məzmununa, onun keyfiyyətinin artırılmasına daim diqqət yetirilir. Əlavə təhsil üzrə dinləyicilərin arzu və təklifləri sorğu anketləri vasitələri ilə öyrənilir. Dinlədiyim mühazirələrdə institutun geniş beynəlxalq əlaqələri barədə məlumat aldım. Beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq üçün Fransa, Almaniya, ABŞ, İngiltərə, Türkiyə, Rusiya ilə əlaqələr yaradılıb və təcrübə mübadiləsi aparılır, layihə və memorandumlar imzalanır.

İnstitutun Əlavə təhsil üzrə prorektoru Rahim Əzizov, ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı, dosent Telman Haqverdiyev,  professor Ramiz Məmmədzadə, professor Sərdar Quliyev, dosent Əsabəli Quliyev, dosent Rəşid Cabbarov, dosent Atəş Abdullayev, dosent Sirac Rəsulov, baş müəllim Firəngiz Kərimova təhsilin idarə olunmasında müasir yanaşmaların aktual problemlərinin təhlilini apararaq bizi maraqlandıran sualları cavablandırdılar. Müasir təlim texnologiyaları ilə məlumatlandıq və yeni idarəetmə strategiyalarını öyrəndik.

İnstitutda təlim almağa gəlmiş müəllimlər üçün çox rahat yataqxana və keyfiyyətli qidalarla zəngin olan yeməkxana təşkil edilib.

Bütün yuxarıda qeyd olunanlara rəğmən mən təcrübəli məktəb rəhbəri və müəllim kimi Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyinə, professor-müəllim heyətinə, xüsusən institutun rektoru, professor, millət vəkili Aqiyə xanım Naxçıvanlıya bu nəcib və vacib işdə uğurlar arzulayıram. Müəllimlər İnstitutu pedaqoji işçilərin istinadgahı və məbədgahıdır. 

Elmira QASIMOVA,
Quba şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov