Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - ¹15

 

Müasir Təhsil Kompleksinin iki müəllimi innovativ müəllimlərin Avropa Forumunda iştirak edib

 

Əsası 2001-ci ildə qoyulmuş Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanın özəl təhsil müəssisələrindəndir. Kompleksin məqsədi milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır.

Kompleksimiz  milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını özündə birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar və s. şəklində aparılır. Tədris prosesində daim müxtəlif innovasiyalar tətbiq olunur.

Kompleksimizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə də mühüm yer verilir.

Tədris ocağımız müxtəlif müasir İKT vasitələri - kompüterlər, proyektorlar, interaktiv lövhələr və digər interaktiv tədris vasitələri ilə tam təmin olunmuşdur. 200-dən artıq kompüteri özündə birləşdirən məktəb kompüter şəbəkəsi mövcuddur. İnformatika fənninin tədrisinə çox böyük diqqət yetirilir. Kompüterlə tanışlıq bağçada yuxarı yaş qrupundan başlanılır. İnformatika fənninin tədrisi isə artıq 1-ci sinifdən başlayaraq aparılır. İbtidai siniflərdə informatika fənninin tədrisi əyləncəli öyrədici kompüter oyunları və məntiqi məsələlər vasitəsilə həyata keçirilir. Yuxarı siniflərdə isə kompüterin cihaz hissələri ilə tanışlıq, müxtəlif istifadəçi proqramları və proqramlaşdırma dilləri tədris olunur. Şagirdlərin bu biliklərə tam yiyələnməsi üçün müəllimlər tərəfindən əlavə dərslər və praktiki məşğələlər aparılır. İnformatika fənninə marağı daha da artırmaq üçün şagirdlər arasında müxtəlif yarış və müsabiqələr keçirilir. O cümlədən, İKT sahəsində fəaliyyət göstərən müxtəlif elmi institutlara və istehsalat müəssisələrinə ekskursiyalar, bu sahənin görkəmli nümayəndələri ilə görüşlər təşkil edilir.

Uğurlarımız çoxdur. Son illər şagirdlərimiz bu sahədə respublikamızda keçirilmiş bir çox müsabiqə və yarışların, o cümlədən "Virtual rinq" oyununun, Təhsil Nazirliyinin keçirdiyi məktəblilər arasında  "Gənc  kompüter istedadları" adlı I Respublika müsabiqəsinin qalibləri olmuşlar.

Fənn müəllimləri tərəfindən tədris prosesində İKT-dən geniş istifadə olunur. Müəllimlərimiz tədris etdikləri fənlərə dair müxtəlif elektron resurslar yaradır və dərs zamanı istifadə edirlər. Bu da dərsin effektivliyinin artırılmasında və daha yaxşı mənimsənilməsində böyük rol oynayır.  Təsadüfi deyil ki, keçən il Təhsil Nazirliyinin keçirdiyi "Elektron təhsil" müsabiqəsində kompleksimizin müəllim və şagirdlərinin   təqdim etdiyi işlərdən 4-ü müsabiqənin qalibi olmuş, 3-ü isə müsabiqədə fərqləndiyinə görə mükafata layiq görülmüşlər.

Elektron tədris vasitələrinin yaradılmasına da kompleksimiz öz töhfəsini vermişdir. Müəllimlərimiz tərəfindən kimya və həndəsə fənlərindən interaktiv elektron dərsliklər hazırlanaraq şagirdlərin istifadəsinə verilmişdir (www.derslik.az).

Tədris prosesinin idarə olunmasında da İKT geniş tətbiq olunur. Kompleksimizdə hazırlanmış elektron idarəetmə sistemi elektron formada test imtahanlarının keçirilməsi və tədris prosesi ilə bağlı bir çox məsələlərin daha tez və çevik həllini tapması üçün tətbiq olunur. Daha dəqiq desək, bu sistem - test imtahanlarının tam elektron formada keçirilməsinə, şagirdlərin dərsə davamiyyəti və fənlərdən aldığı qiymətlərin elektron formada qeydiyyatının aparılması və emalına, kompleks kitabxanasının elektron kataloqunun və kitabların elektron formasının yaradılmasına imkan verir.  Artıq 4 ildir ki, bu sistem kompleksimizdə uğurla tətbiq olunur.

Kompleksin daim yenilənən İnternet saytı fəaliyyət göstərir (www.mtk.edu.az). Saytımız kompleks haqqında ətraflı məlumat verməklə və kompleksimizin gündəlik həyatını işıqlandırmaqla yanaşı, həmçinin valideynlə məktəb arasında qarşılıqlı əlaqəni təmin edir. Belə ki, valideynlər saytımıza daxil olaraq övladlarının fənlərdən aldığı qiymətləri, onların imtahan nəticələrini, müəllimlərin yazdığı qeydləri görə bilər və öz arzu, istək və təkliflərini yaza bilərlər.

Bu yaxınlarda müəllimlərimiz daha bir uğura imza atmışlar. Kompleksimizin müəllimləri Əlinazim Mahmudzadə və Rəna Əhmədova  "Microsoft-Azerbaijan" şirkətinin Təhsil Nazirliyinin dəstəyi ilə keçirdiyi "İnnovativ müəllimlər" müsabiqəsində "Vızıltılı superkompüterlər" adlı layihə ilə uğurla çıxış edərək respublikamızın 20 finalçı məktəbi arasında birinci yerə layiq görülmüşlər.

Həmin layihə Azərbaycanı təmsil etmək üçün  21-24 mart tarixində  Moskvada keçirilən 8-ci Avropa Forumuna təqdim olunmuşdur. Bu forumda Avropanın 44 ölkəsindən olan 285 iştirakçı mübarizəyə qoşulmuşdu. Burada da müəllimlərimiz uğurla çıxış edərək "Dərsdənkənar tədris fəaliyyətləri" nominasiyasında 3-cü yerə layiq görülmüş və bu ilin noyabrında ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək Ümumdünya İnnovativ Təhsil Forumunda Avropanı təmsil edəcək 24 müəllim sırasına düşmüşlər.

Şübhəsiz ki, bütün bu uğurlarımız bizi çox sevindirir və təhsilimizin daha da inkişaf etməsi üçün şövq ilə çalışmağa ruhlandırır. 

Ramil HƏSƏNOV,
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin İKT üzrə rəhbəri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov