Azərbaycan Texniki Universitetində (AzTU)
Fransanın ölkəmizdəki səfirliyinin
təşkilatçılığı ilə aprelin 11-dən 19-dək Bakıda
keçirilən "Saksoniya günləri" ilə bağlı təqdimat
olmuşdur.
Universitetdən AzərTAc-a bildirmişlər ki,
tədbirdə səfirliyin əməkdaşları, AzTU-nun Xarici
dil kafedrasının müdiri, professor Rauf
İsmayılov, fransız dili müəllimləri və fransız
dili öyrənən tələbələr iştirak etmişlər.
Tədbirdə səfirliyin nümayəndələri Fransanın
Saksoniya əyalətinin mədəniyyəti, incəsənəti,
"Saksoniya günləri"nin proqramı, əhəmiyyəti
haqqında geniş məlumat vermişlər.
Görüşün sonunda səfirliyin əməkdaşları ilə
tələbələr arasında fikir mübadiləsi olmuşdur.
|