Aprelin 20-də Qafqaz Universitetində təhsil
sahəsini işıqlandıran bir qrup KİV əməkdaşı ilə
görüş keçirilib. Jurnalistlər öncə universiteti
gəzərək burada təhsil üçün yaradılmış yüksək
şəraitlə tanış olublar. Sonra tədbir "dəyirmi
masa" ətrafında davam etdirilib. Media
mənsublarını səmimi salamlayan Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
bu ali məktəbə təyinatı, rektor kimi çalışdığı
2005-ci ildən bəri burada görülmüş işlər,
universitetin uğurları haqqında məlumat verib.
Rektor çıxışında qeyd edib ki, bu il ilk dəfə
olaraq universitetdə iki yeni ixtisas -
jurnalistika və mexanika mühəndisliyi
ixtisasları üzrə tələbə qəbulu aparılacaq.
Görüşdə çıxış edən jurnalistlər Qafqaz
Universitetində nümunəvi təhsil mühitinin mövcud
olduğunu, kadrların yüksək keyfiyyətlə
hazırlandığını qeyd edib, bu ali təhsil ocağının
ölkə KİV-i ilə sıx əməkdaşlıq etməsini yüksək
qiymətləndiriblər.
Tədbirdə iştirak edən KİV təmsilçi
lərinə Qafqaz Universiteti ilə əməkdaşlıq
çərçivəsində təşkil olunmuş elmi-mədəni və
sosial tədbirləri mətbuatda müntəzəm
işıqlandırdıqlarına görə universitetin yazılı
təşəkkürnamələri təqdim olunub. Görüşün sonunda
universitet rəhbərliyi ilə xatirə şəkli
çəkdirilib.
Y.ƏLİYEV |