Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - ¹15

 

"Şöbəmiz fəaliyyətə başladığı vaxtdan 25 təhsil müəssisəsinin akkreditasiyası keçirilib"

 

Müsahibimiz Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri, professor Həbib Zərbəliyevdir 

- Həbib müəllim, son illər təhsil sahəsində aparılan islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə təhsilin səviyyəsinin artmasına, keyfiyyətinin yüksəlməsinə xidmət edən bu əsaslı dəyişiklikləri, tətbiq edilən yenilikləri ictimaiyyət böyük maraqla qarşılayır. Bilirik ki, Sizin rəhbərlik etdiyiniz şöbə də məhz təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi və bu strukturun əhatə etdiyi sahədə zəruri işlərin aparılması zərurətindən yaradılmışdır. Akkreditasiya şöbəsinin fəaliyyəti barədə oxucularımıza ətraflı məlumat verməyinizi xahiş edirik.

- Akkreditasiya şöbəsi təhsil nazirinin 15 fevral 2010-cu il tarixli, 11/72 nömrəli əmri ilə "Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi" alt komponenti çərçivəsində aparılan islahatlara və  "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq yaradılmışdır. Şöbə, ilk növbədə, özünün əsasnaməsini, "Təhsil müəssisələrinin akkreditasiya qaydaları"nı hazırlamışdır. Birinci sənəd təhsil naziri, ikinci sənəd isə 28 sentyabr 2010-cu il tarixində Baş nazir tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə və öz statuslarına uyğunluğunu müəyyənləşdirən yeni meyarların layihəsi də yaxın günlərdə müzakirəyə çıxarılacaqdır. Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu akkreditasiya komissiyası həmin meyarlar əsasında təhsil müəssisələrinin fəaliyyətinin normativ-hüquqi təminatı, onların idarə olunması, elmi tədqiqat fəaliyyəti (ali təhsil müəssisələri üzrə), beynəlxalq əməkdaşlığı (ali təhsil müəssisələri üzrə), maddi-texniki bazası, sosial-məişət şəraiti, maliyyə təminatı, təhsil müəssisələrində təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu, keyfiyyəti, tədris prosesinin təşkili və kadr təminatı istiqamətləri üzrə müəyyənləşdirir. Bundan başqa, təhsil müəssisələrinin akkreditasiyasının nəticələrini müzakirə edərək müvafiq qərarlar çıxaran Akkreditasiya şurasının və özəl təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi barədə qərarlar qəbul edən Lisenziya komissiyasının tərkibləri də müəyyənləşdirilib  təsdiq edilmişdir.

Akkreditasiya şöbəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyasını, özəl təhsil müəssisələrinin lisenziyalaşdırılmasını və lisenziya müddəti başa çatmış təhsil müəssisələrinin yenidən lisenziyalaşdırılmasını həyata keçirir, lisenziya almış müəssisələrin lisenziya şərtlərinə əməl etməsinə nəzarət edir. Şöbənin fəaliyyət istiqamətlərindən biri də xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən təhsil müəssisələrinin müəyyənləşdirilməsi və onlara qarşı tədbirlər görülməsi üçün müvafiq orqanlara məlumat verilməsidir. Akkreditasiya şöbəsi təhsil nazirinin hər il təsdiq etdiyi iş planına uyğun olaraq sadaladığımız  bu istiqamətlər üzrə fəaliyyət göstərir.

- Şöbənin fəaliyyət göstərdiyi bir ildən artıq müddət ərzində təhsil müəssisələrinin akkreditasiyası istiqaməti üzrə nə kimi işlər görülmüşdür? Təhsil müəssisələrinin akkreditasiyası zamanı hansı meyarlar əsas götürülür? Konkret olaraq indiyə qədər neçə təhsil müəssisəsinin akkreditasiyası keçirilmişdir?

- Təhsil müəssisələrinin  akkreditasiyası istiqamətində xeyli təşkilati işlər görülmüşdür. Məsələn, 2010-2011-ci tədris ili üçün təhsil müəssisələrinin akkreditasiyası qrafiki hazırlanmış və akkreditə ediləcək təhsil müəssisələrinə xəbərdarlıq məktubu göndərilmiş, akkreditasiyanın keçirilməsi proseduru ilə bağlı bir neçə təhsil müəssisəsində təlimati söhbət aparılmış, onlara metodik kömək göstərilmişdir. Bu iş bütün tədris ili boyu davam etdiriləcəkdir.

Təhsil müəssisəsinin akkreditasiyası, ilk növbədə, müəssisədə təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının səviyyəsinin, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə aparılır. Təhsil müəssisəsinin akkreditə olunduğuna dair qəbul edilmiş müsbət qərar müəssisəyə onun növbəti 5 il müddətinə müəyyən edilən statusuna uyğun fəaliyyəti üçün hüquqi təminat verir.

Bu ilin mart ayına qədər biz təhsil müəssisələrinin akkreditasiyasını 2005-ci idən tətbiq edilən meyarlar əsasında aparırdıq, lakin yaxın günlərdə meyarların Təhsil Nazirliyinin aidiyyəti olan strukturları ilə razılaşdırılmış layihəsi müzakirə edilərək qəbul olunduqdan sonra bu meyarlara istinad edəcəyik.

Şöbəmiz fəaliyyətə başladığı vaxtdan 25 təhsil müəssisəsinin akkreditasiyası keçirilmişdir. Onlardan 11-i ali təhsil, 8-i orta ixtisas təhsili, 6-sı isə ilk peşə-ixtisas təhsili müəssisəsidir. Bu müəssisələrin 7-nin akkreditasiyasının nəticələri artıq Akkreditasiya şurasında müzakirə edilmiş və növbəti 5 il müddətinə fəaliyyətinə icazə verilmişdir. Qalan müəssisələrin akkreditasiyasının nəticələri aprel-may ayları ərzində müzakirə ediləcəkdir. Bundan başqa, bu aylar ərzində daha bir neçə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisəsinin akkreditasiyasının keçirilməsi üçün müvafiq təşkilati işlər aparılır.

2011-2012-ci tədris ilindən ümumi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə də başlayacağıq. Təsdiq edilmiş qrafikə uyğun olaraq əvvəlcə Təhsil Nazirliyi və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin keçirdiyi "Səmərəli məktəb" layihəsi çərçivəsində 11 pilot məktəbinin akkreditasiyasının keçirilməsi planlaşdırılır.

- Hörmətli professor, rəhbərlik etdiyiniz şöbə, qeyd etdiyiniz kimi, həmçinin təhsil müəssisələrinin lisenziyalaşdırılmasını həyata keçirir. Bu sahədə vəziyyət necədir?

- Təhsil müəssisəsinə xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikası Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli Fərmanı, Nazirlər Kabinetinin "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" qərarı və sonrakı illərdə onlara edilmiş dəyişikliklər və əlavələr əsasında verilir. Lisenziya Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin təsis etdiyi bələdiyyə və özəl təhsil müəssisələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin təsis etdiyi  təhsil müəssisələrinin fəaliyyəti üçün nəzərdə tutulur. Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya 5 il müddətinə (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin təsis etdiyi  təhsil müəssisələrinin fəaliyyətinə 3 il müddətinə) verilir.

Akkreditasiya şöbəsi fəaliyyətə başladığı vaxtdan lisenziya almaq üçün daxil olmuş bütün müraciətləri diqqətlə araşdırmışdır. Bir sıra müraciətlər zəruri sənədlərin təqdim olunmaması səbəbindən təmin edilməmişdir. Müraciətlərin bir qismi yeni yaradılmış məktəbəqədər və ümumi təhsil müəssisələrinə lisenziya verilməsi, bir qismi isə özəl ali təhsil müəssisələrinin fəaliyyətinə verilmiş lisenziyaların müddətinin uzadılması ilə bağlı olmuşdur. Bu müraciətlərlə bağlı yaradılmış müvafiq komissiyalar həmin müəssisələrə baxışlar keçirmiş və nəticələri barədə arayışlar hazırlamışlar. Lisenziya komissiyası öz iclaslarında bu arayışları müzakirə edərək müvafiq qərarlar çıxarmışdır. Son 1 il ərzində lisenziya ilə bağlı şöbəyə müraciət etmiş 35 təhsil müəssisəsinin 16-na, onların maddi-texniki bazası normativlərə uyğun olmadığından, imtina edilmişdir. Müvafiq tövsiyələr verilməklə qalan müraciətlərin hamısı təmin olunmuşdur. Bütövlükdə, 19 təhsil müəssisəsi lisenziya verilməsi və lisenziyasının fəaliyyət müddətinin uzadılması ilə bağlı müraciətlərinə müsbət cavab almışdır. Onların 3-ü  ali, 4-ü ümumi, 12-i isə məktəbəqədər təhsil müəssisəsidir.  Bundan başqa, mühafizəçilər hazırlayan 3 özəl mühafizə xidməti kursu da Təhsil Nazirliyindən öz fəaliyyətinə lisenziya almışdır. Bir neçə belə müəssisəyə isə maddi-texniki bazası tələblərə cavab vermədiyindən lisenziya verilməsindən imtina edilmişdir. 

- Həbib müəllim, çox təəssüf ki, bəzən daha asan yolla qazanc əldə etmək məqsədilə təhsil müəssisəsi yaratmaq istəyənlərə də təsadüf edilir. Yeni çoxmərtəbəli binaların 1-ci mərtəbəsini və ya zirzəmisini icarəyə götürərək orada təhsil müəssisəsi açmaq istəyənlər bu məsələnin nə qədər ciddi və məsuliyyətli olduğunun, görünür, fərqinə varmırlar. Müvafiq şəraiti olmayan şəxsi mülklərindən məktəbəqədər təhsil müəssisəsi kimi istifadə etmək istəyənlər də az deyildir. Əlbəttə, belələrinin yalnız bir məqsədi olur: gəlir əldə etmək. Azyaşlı uşaqlara yüksək təlim-tərbiyə vermək, onlara yaxşı təhsil şəraiti yaratmaq belə işbazlar üçün o qədər də maraqlı deyildir. Sizin bu məsələlərə münasibətinizi bilmək istərdik. Ümumiyyətlə, təhsil müəssisəsi açmaq istəyənlər nələrə istinad etməlidirlər?

- Qeyd etdiyiniz məsələlər, doğrudan da, hər birimizdə narahatlıq doğurur. Təhsil müəssisəsi açmaq, onun fəaliyyətini standartlara uyğun təşkil etmək olduqca çətin və məsuliyyətli bir işdir. Bunu bir qədər əvvəl şöbənin fəaliyyəti müddətində lisenziya almaq üçün müraciət etmiş 16 təhsil müəssisəsinə rədd cavabı verilməsi barədə dediklərim də təsdiq edir. Başqa bir faktı da xatırlatmaq istərdim. 2010-cu ildə 2 ali təhsil müəssisəsinin - Moskva Dövlət Açıq Universitetinin Bakı filialının və Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılmışdır. Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında şöbənin əməkdaşları və nazirliyin bir neçə məsul işçisinin daxil edildiyi işçi qrupu Moskva Dövlət Açıq Universitetinin Bakı filialında monitorinq apararaq bu müəssisənin fəaliyyətində ciddi qanun pozuntuları olduğunu müəyyən etdi. Nazirliyin Lisenziya komissiyası bu işçi qrupunun hazırladığı geniş arayış əsasında Moskva Dövlət Açıq Universitetinin Bakı filialının lisenziyasını ləğv edərək onun fəaliyyətini dayandırdı. Təhsil Nazirliyinə lisenziyasının müddətinin uzadılması ilə bağlı müraciət etmiş Azərbaycan Beynəlxalq Universitetinə də fəaliyyətində yol verdiyi qanun pozuntularına görə rədd cavabı verildi.

Təhsil müəssisəsi açmaq istəyənlər isə, qısa şəkildə desək, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa, təhsilə aid normativ-hüquqi aktlara əməl etməli, müasir təhsil standartlarına uyğun tədris-metodik və maddi-texniki baza yaratmalı, yüksək hazırlıqlı kadrlar cəlb etməlidirlər.   

- Rəhbərlik etdiyiniz şöbədə akkreditasiya və lisenziyalaşdırma sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində nə kimi işlər görülür? Ümumiyyətlə, qarşıda daha hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Şöbəmiz, qeyd etdiyim kimi, yeni olduğundan onun fəaliyyət istiqamətləri üzrə dünya təcrübəsini öyrənməyimiz çox faydalı olardı. Ona görə də biz xarici ölkələrin mütərəqqi təcrübəsinin öyrənilməsi işini də diqqətdə saxlayırıq. Mən 2010-cu ilin sentyabrında Tbilisidə Almaniyanın DAAD təşkilatının təşkil etdiyi "Ali  təhsildə keyfiyyətin təminatı və Boloniya islahatları", həmin ilin noyabrında yenə də Tbilisidə "Milli ixtisas dərəcələri strukturu çərçivəsində keyfiyyətin təmin olunması" mövzularında keçirilmiş konfrans və regional seminarda iştirak edərək bizim fəaliyyət istiqamətlərimiz üzrə bir sıra yeniliklərlə tanış  olmuşam. 2010-cu ilin dekabrında şöbənin 4 əməkdaşı Təhsil Nazirliyinin nümayəndə heyətinin tərkibində Böyük Britaniya Akkreditasiya Şurasının təcrübəsini öyrənmək üçün orada səfərdə olmuşdur. Böyük Britaniya səfərindən də çox şey öyrəndik. Öyrəndiyimiz bu qabaqcıl təcrübəni işimizdə tətbiq edirik. Düşünürəm ki, belə səfərlər, xarici  mütəxəssislərlə mütəmadi işgüzar görüşlər, əldə etdiyimiz təcrübə bizim gələcək fəaliyyətimizin daha səmərəli olması üçün çox vacibdir. Bu il təhsil müəssisələrinin akkreditasiyası sahəsində çox irəli getmiş Çilinin təcrübəsini öyrənməyi də planlaşdırırıq. Akkreditasiya prosesinin şəffaflığını təmin etmək məqsədilə qarşıdakı tədris ilində işimizə təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrini, akkreditasiya sahəsində təcrübəsi olan xarici ekspertləri cəlb etməyi nəzərdə tutmuşuq.

Qeyd etdiyim kimi, şöbəmizin fəaliyyətini iş planında təsbit olunmuş istiqamətlər üzrə aparırıq. Qarşıda bizi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi, özəl təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi, lisenziya şərtlərinə əməl olunması vəziyyətinin monitorinqi və şöbənin fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması ilə bağlı çox mühüm işlər gözləyir. 

Müsahibəni apardı:
Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov