Amerikanın tanınmış politoloqu, Volker
Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun
direktoru, professor Qordon Smit 24-28 aprel
tarixlərində Bakı Dövlət Universitetinə gələcək.
Səfərdə məqsəd beynəlxalq əlaqələr və beynəlxalq
hüquq fakültəsinin tələbə və magistrantlarına
müxtəlif səpgili mühazirələr oxumaqdır.
Qeyd edək ki, bu il Volker Beynəlxalq və
Regional Araşdırmalar İnstitutunun 50 ili tamam
olur. Bu münasibətlə adıçəkilən institutun
tanınmış alimləri və ictimai xadimləri müxtəlif
ölkələrə səfər edərək mühazirələr oxuyacaq,
konfranslar təşkil edəcəklər.
Səfir Riçard Volker tərəfindən 1961-ci ildə
Beynəlxalq Araşdırmalar İnstitutu kimi qurulan
Volker İnstitutu ABŞ-ın ikinci elmi-araşdırma
mərkəzidir. İnstitutun direktoru Qordon Smit
ABŞ-ın postsovet məkanında gedən siyasi
proseslər üzrə aparıcı mütəxəssisi, bir çox elmi
araşdırma və monoqrafiyaların müəllifidir.
BDU-nun Mətbuat və informasiya şöbəsi
|