Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - ¹15

 

"Ən yaxşı müəllim" müsabiqəsi davam edir

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin isə III turu başa çatıb 

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb və "Ən yaxşı müəllim" müsabiqəsi isə davam edir.

Builki "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-unun sənədi müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib.

Sənəd verənlərdən 156 nəfər (37,5 faiz) Bakının, 42 nəfər (10 faiz) Təhsil Nazirliyinin nəzdindəki məktəblərin, 39 nəfər (9,3 faiz) Sumqayıtın, 178 nəfər isə digər rayon və şəhərlərin müəllimləridir. Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd təqdim etməyib.

"Ən yaxşı müəllim" müsabiqəsinə sənədləri qəbul edilmiş müəllimlərin göstəricilərinin ekspertizasının nəticələrinə görə, 415 nəfərdən 217-si (52,2 faiz) 1,3-3,8 civarında bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb ki, bu da ötən ildəkindən 13 nəfər çoxdur. Müsabiqənin ikinci mərhələsində iştirak edən 217 nəfərdən 57-si ibtidai sinif, 35-i ingilis dili, 25-i Azərbaycan dili və ədəbiyyat, 23-ü tarix, 20-si riyaziyyat, 12-si coğrafiya, 11-i biologiya, 9-u fizika, 6-sı fransız dili, 5-i kimya, 4-ü informatika, 2-si alman dili, 2-si musiqi, 2-si rus dili (rus bölməsi), 1-i fiziki tərbiyə, 1-i gənclərin çağırışaqədərki hazırlığı, 1-i rus dili (Azərbaycan bölməsi), 1-i təsviri incəsənət müəllimidir.

Müsabiqədə iştirak edən 217 müəllimdən 55-nin təqdimatı müvafiq komissiya tərəfindən qiymətləndirilib. Gələn ayın sonunadək qalan  müəllimlərin təqdimatlarının da dinlənilərək qiymətləndirilməsi nəzərdə tutulur.

Yekun nəticələrə görə, onlardan ən yaxşı 95-i müsabiqənin qalibi adına layiq görüləcəkdir. "Ən yaxşı müəllim" müsabiqəsinin 5 qalibi isə hər il olduğu kimi, Naxçıvan Muxtar Respublikasının müəllimləri arasından seçiləcəkdir.

Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün respublikamızın əksər bölgələrini təmsil edən 145 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu isə keçən illə müqayisədə 22 məktəb çoxdur. Onlardan 63-ü (43 faiz) Bakının, 82-si (57 faiz) digər rayon və şəhərlərin məktəbləridir.

İştirak üçün sənədləri qəbul edilmiş məktəblərin göstəriciləri əvvəlki illərdə olduğu kimi, 10 ballıq sistem üzrə qiymətləndirilib. Ekspertizanın nəticələrinə görə, 145 məktəbdən 108-i (74 faiz) 2,3-7,8 arasında bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 4 məktəbin direktoru üzrlü səbəblərdən üçüncü mərhələdə - təqdimat mərhələsində iştirak etməyib. Müvafiq qaydalara görə, 104 məktəb üzrə ikinci mərhələnin nəticələri isə IX və XI sinif şagirdlərinin yoxlama imtahanlarında fənlər üzrə əldə etdikləri keyfiyyət faizi əsasında müəyyənləşdiriləcəkdir (hazırda bu istiqamətdə iş aparılır). Artıq III turu başa çatmış müsabiqənin hər üç mərhələsinin nəticələrinə Təşkilat Komitəsində baxılaraq qalib olan 47 ümumtəhsil məktəbi müəyyən ediləcək. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 3 qalibi isə ötən illərdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasının tədris ocaqları arasından seçiləcəkdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov