BDU-nun
rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin tarix
fakültəsinin dekanı, Rusiya Elmlər
Akademiyasının müxbir üzvü, Dövlət mükafatı
laureatı Sergey Karpovun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib.
BDU haqqında ətraflı məlumat verən akademik Abel
Məhərrəmov universitetin yaranma və inkişaf
tarixindən, beynəlxalq əlaqələrindən, əsasən də
Rusiya universitetləri ilə münasibətlərdən bəhs
edib.
Rektor Rusiyanın ali təhsil ocaqları ilə
əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən,
universitetlərin daha sıx və səmərəli fəaliyyət
göstərmələri üçün birgə proqram və layihələrdən,
tələbə-müəllim mübadiləsinin mümkünlüyündən
danışıb.
Öz növbəsində Sergey Karpov Azərbaycan
universitetləri, xüsusən Bakı Dövlət
Universiteti ilə əməkdaşlıqda maraqlı
olduqlarını bildirib. Ölkələrimiz arasında
əməkdaşlıq və dostluq əlaqələrinin
genişləndirilməsi istiqamətində gələcək
perspektivlərdən danışaraq, gənc mütəxəssislər
arasında informasiya mübadiləsinin aparılmasının
zəruriliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər
məsələlər də müzakirə edilib. Sonda qonaqlar
BDU-nun tədris şəraiti ilə tanış olublar.
Şakir CƏFƏROV |