"Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci ildönümünün
təhsil müəssisələrində qeyd olunması haqqında"
Təhsil Nazirliyinin 10 fevral 2011-ci il
tarixli, 247 nömrəli əmri ilə təsdiq olunmuş
tədbirlər planının 5-ci bəndinin icrasını təmin
etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası dövlət
müstəqilliyinin bərpasının iyirminci ildönümünə
həsr olunmuş rəsm müsabiqəsinin Əsasnaməsi
təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, şəhər, rayon
təhsil şöbələrinin, idarələrinin müdirləri, ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri
müsabiqənin yerlərdə təşkilini təmin etsinlər.
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi
(A.İbrahimov) müsabiqənin yüksək səviyyədə
təşkili və keçirilməsini təmin etsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin
qaliblərinin mükafatlandırılması üçün 752 (yeddi
yüz əlli iki) manat məbləğində vəsait
ayrılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmri "Azərbaycan müəllimi" qəzetində dərc
etdirsin.
6. Ümumi şöbə (H.Məmmədova) əmr və əsasnamənin
çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 aprel 2011-ci il |