Azərbaycanın dövlət müstəqilliyinin bərpasından
etibarən ötən iyirmi il ərzində xalqımızın
ictimai-siyasi və elmi-mədəni həyatı ilə bağlı
nailiyyətləri əks etdirən mühüm əhəmiyyətə malik
bir sıra nəşrlər işıq üzü görmüşdür. Bununla
yanaşı, respublikamıza aid xəritələr mövcud
akademik nəşrlərdə lazımınca əhatə olunmamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
Azərbaycanın milli atlasının çapını təmin etmək
məqsədi ilə
QƏRARA ALIRAM:
1. "Azərbaycan Respublikasının Milli Atlası"
nəşr edilsin.
2. "Azərbaycan Respublikasının Milli Atlası"nın
redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq
edilsin:
|
Redaksiya heyətinin sədri |
Artur Rasizadə |
Azərbaycan Respublikasının Baş
naziri |
Redaksiya heyəti sədrinin
müavini |
Mahmud Kərimov |
AMEA-nın həqiqi üzvü, Azərbaycan
Milli Elmlər Akademiyasının
prezidenti |
Məsul katib |
Qərib Məmmədov |
AMEA-nın həqiqi üzvü, Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri |
Redaksiya heyətinin üzvləri |
Elmar Məmmədyarov |
xarici işlər naziri |
Şahin Mustafayev |
iqtisadi inkişaf naziri
|
Natiq Əliyev |
sənaye və energetika naziri |
Ziya Məmmədov |
nəqliyyat naziri |
İsmət Abasov |
kənd təsərrüfatı naziri
|
Hüseynqulu Bağırov |
ekologiya və təbii sərvətlər
naziri |
Əbülfəs Qarayev |
mədəniyyət və turizm naziri
|
Misir Mərdanov |
təhsil naziri |
Oqtay Şirəliyev |
səhiyyə naziri |
Əli Abbasov |
rabitə və informasiya
texnologiyaları naziri
|
Azad Rəhimov |
idman və gənclər naziri
|
Arif Vəliyev |
Dövlət Statistika Komitəsinin
sədri |
Akif Əlizadə |
AMEA-nın həqiqi üzvü, AMEA-nın
vitse-prezidenti, AMEA-nın
Geologiya İnstitutunun direktoru
|
Xoşbəxt Yusifzadə |
AMEA-nın həqiqi üzvü, Azərbaycan
Respublikası Dövlət Neft
Şirkətinin birinci
vitse-prezidenti |
Ağamusa Axundov |
AMEA-nın həqiqi üzvü, AMEA-nın
Humanitar və İctimai Elmlər
Bölməsinin akademik-katibi,
AMEA-nın Dilçilik İnstitutunun
direktoru |
Əhliman Əmiraslanov |
AMEA-nın həqiqi üzvü, AMEA-nın
Biologiya Elmləri Bölməsinin
akademik-katibi, Azərbaycan Tibb
Universitetinin rektoru |
Budaq Budaqov |
AMEA-nın həqiqi üzvü, AMEA-nın
Coğrafiya İnstitutunun direktoru
|
Abel Məhərrəmov |
AMEA-nın həqiqi üzvü, Bakı
Dövlət Universitetinin rektoru
|
Ziyad Səmədzadə |
AMEA-nın həqiqi üzvü, Azərbaycan
İqtisadçılar İttifaqının sədri
|
Yaqub Mahmudov |
AMEA-nın müxbir üzvü, AMEA-nın
Tarix İnstitutunun direktoru,
Bakı Dövlət Universitetinin
kafedra müdiri |
Məhərrəm Babayev |
AMEA-nın müxbir üzvü, AMEA-nın
Torpaqşünaslıq və Aqrokimya
İnstitutunun direktoru
|
|
|
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2011-ci il |
|