1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tapşırılsın
ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil
və səhiyyə müəssisələrində işin dövlət
qulluğunun xüsusi növünə aid edilməsinə dair
Konsepsiya layihəsini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
2. Müəyyən
edilsin ki, bu sərəncamın 1-ci hissəsində
nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi
növünə aid edilməsi, təhsil və səhiyyə
müəssisələrinin növü və xüsusiyyətləri nəzərə
alınmaqla mərhələlərlə həyata keçirilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2011-ci il |