|
|
|
ADU-nun
tələbəsi beynəlxalq yarışın qalibi olub |
|
|
|
Martın 3-dən 17-dək Malayziyanın Putracaya
şəhərində "Dövlətlərarası Malay dili" adlı
beynəlxalq yarış keçirilib. Malay dilini,
Malayziya mədəniyyəti və incəsənətini tanıtmaq
məqsədi daşıyan yarışmada 60 dövlətdən nümayəndə
iştirak edib. Yarış iştirakçıları Malayziya
universitetlərinin professorlarından ibarət olan
münsiflər heyəti qarşısında 7 dəqiqəlik
təqdimatla çıxış ediblər. Ölkəmizi bu turnirdə
təmsil edən Azərbaycan Dillər Universitetinin
regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin Cənub-Şərqi Asiya ölkələri və
İndoneziyaşünaslıq ixtisasının IV kurs tələbəsi
Günel Bayramova "Malayziya birlik modeli kimi"
mövzusunda çıxış edib. Münsiflər heyəti
tərəfindən yüksək qiymətləndirilən G.Bayramova
yarışmanın qalibi adını qazanan 4 iştirakçıdan
biri olub.
Xatırladaq ki, Azərbaycan bu yarışmada 2008-ci
ildən iştirak edir. Qeyd edək ki, ADU-da
Cənub-Şərqi Asiya ölkələri və İndoneziyaşünaslıq
ixtisası 2007-2008-ci tədris ilindən fəaliyyət
göstərir. Bu əlaqələrin qurulmasında ADU-nun
professoru Həbib Zərbəliyevin xüsusi rolu
vardır.
Şakir CƏFƏROV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|