Təhsil alan Gənclərin Respublika Bədii
Yaradıcılıq Evində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümü
münasibətilə ilk peşə təhsili müəssisələrinin
şagirdləri arasında ifa üzrə respublika
müsabiqəsinin final mərhələsi keçirildi.
Tədbirdə Təhsil alan Gənclərin Respublika Bədii
Yaradıcılıq Evinin direktoru Məhəmməd Novruzov
çıxış edərək bildirdi ki, respublika ifa
müsabiqəsi 3 mərhələ və 3 nominasiya üzrə oldu.
Tədbiri keçirməkdə məqsəd xüsusi istedada malik
olan gəncləri üzə çıxarmaq, ilk peşə-ixtisas
təhsili müəssisələrinin şagirdlərində musiqi və
şeirə məhəbbət hissləri aşılamaq, Azərbaycan
bəstəkarlarının əsərlərinin, xalq mahnılarının
öyrənilməsi istiqamətində aparılan işləri
yekunlaşdırmaq idi. Qeyd edildi ki, keçirilən
tədbir nəticəsində zonalar üzrə hər
nominasiyada I və II yerləri tutan qaliblər
respublika mərhələsində iştirak etmək hüququ
qazandılar. Tədbir həm də bir çox istedadlı
gəncləri aşkara çıxarmaq baxımından əhəmiyyətli
oldu.
Apreldə keçiriləcək yekun konsertdə mahnı, xalq
çalğı alətlərində ifa və şeir nominasiyaları
üzrə I, II, III yerləri tutan iştirakçılara
diplom və hədiyyələr təqdim olunacaq.
Anar ƏHMƏDOV,
Təhsil Alan Gənclərin Respublika Bədii
Yaradıcılıq Evinin əməkdaşı |
|