Rusiya Federasiyası hökumətinin sədri Vladimir
Putin 2011-2015-ci illərdə təhsilin inkişafı
məqsədli federal Proqramın Konsepsiyasını təsdiq
edib.
Proqramın əsas vəzifələri sosial inkişaf
institutu kimi ümumi və məktəbəqədər təhsilin
modernləşdirilməsi, peşə-ixtisas təhsilinin
məzmun və strukturunun əmək bazarının tələbləri
ilə uyğunlaşdırılması və təhsilin keyfiyyətinin
qiymətləndirilməsi sisteminin inkişaf
etdirilməsidir.
2011-2015-ci illərdə təhsilin inkişafının
məqsədli federal Proqramının maliyyələşdirilməsi
üçün federal büdcədən ayrılacaq vəsaitin
həcminin 54,2 milyard rubl təşkil edəcəyi
gözlənilir.
Proqram iki mərhələdə reallaşdırılacaq. Birinci
mərhələnin sonunadək (2011-2013-cü illər)
yenidənqurmanın möhkəm, dayanıqlı modelinin əldə
olunması, təhsil müəssisələrinin müxtəlif
tipləri, regionlar və sosial-iqtisadi şəraitlər
üçün ssenarilərin işlənib hazırlanması
planlaşdırılır. İkinci mərhələdə (2014-2015-ci
illər) isə uğurlu model və mexanizmlərin kütləvi
tətbiqi həyata keçiriləcək.
"Uçitelskaya qazeta"dan hazırladı:
Yusif ƏLİYEV |