Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - ¹14

 

Təhsildən yazan jurnalistlər Fransa təcrübəsini öyrəniblər

 

Bu günlərdə Təhsil Nazirliyinin əməkdaşlarından və təhsildən yazan jurnalistlərdən ibarət nümayəndə heyəti Fransa Respublikasında səfərdə oldu. Martın 27-dən aprelin 3-nə kimi davam edən səfərin əsas məqsədi Fransanın təhsili idarəetmə orqanlarının KİV-lə qarşılıqlı əməkdaşlıq təcrübəsinin öyrənilməsi idi. Səfər Təhsil Nazirliyi və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması alt-komponentinin icra planına əsasən həyata keçirilirdi. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində TSİİL-in kütləvi informasiya vasitələri ilə iş üzrə mütəxəssisi Sevinc Səfərova, İctimai Televiziyanın Gənclər, elm və təhsil departamentinin direktoru Cəsarət Valehov, "Azərbaycan müəllimi" qəzeti baş redaktorunun müavini  Sarvan İbrahimov, "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva və "Exo" qəzetinin müxbiri Dilarə Əlizadə təmsil olunurdu. 

Fransanın əksər məktəblərinin İnternetə giriş imkanı yoxdur 

Səfər çərçivəsində ilk görüş Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi nümayəndə heyətlərinin qəbulu şöbəsində oldu. Mərkəzin fəaliyyəti haqqında məlumat verən şöbənin əməkdaşı D.Futşik bildirdi ki, qurum fransız dilinin tədrisində böyük təcrübəyə malikdir. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini istər ölkədə, istərsə də beynəlxalq miqyasda xarici dillərin tədrisi və eyni zamanda müxtəlif dillərin inkişafı və mübadiləsi siyasətinin aparılması, müxtəlif proqram mübadiləsinin həyata keçirilməsi təşkil edir. Müəllimlərin dil üzrə peşəkarlığının artırılmasını da diqqət mərkəzində saxlayan mərkəz bu sahədə ciddi addımlar atır. D.Futşik qeyd etdi ki, təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, müəllimlərin stajının artırılması proqramlarını icra edən mərkəz məktəbə təzə başlayanlar üçün dillərin veb sayt üzrə tədris edilməsini də təşkil edir.

Fransanın əsası 1880-1890-cı illərdə qoyulmuş müasir təhsil sistemi haqqında danışan D.Futşik bildirdi ki, 6 yaşından 16 yaşınadək uşaqlar üçün təhsil icbari xarakter daşıyır. Ölkədə fəaliyyət göstərən 66172 orta ümumtəhsil məktəbində 12 milyona yaxın şagird təhsil alır. Məktəblilərin təxminən 20 faizi özəl orta təhsil müəssisələrində oxuyur. Dövlət ümumtəhsil məktəblərinin sayı 54923, özəl ümumtəhsil məktəblərinin sayı isə 11249-dur. Ölkə üzrə 852902 müəllimin 712453 nəfəri dövlət, 140449 nəfəri isə özəl ümumtəhsil məktəblərində çalışır.

Fransada məktəbəqədər təhsil müəssisələri bələdiyyələrin, yerli icra hakimiyyəti orqanlarının, kilsələrin və s. tabeliyində fəaliyyət göstərir. Məktəbəqədər təhsil icbari olmasa da, faktiki olaraq 2-6 yasında olan uşaqların 99,5 faizi uşaq müəssisələrinə gedir. "Ana məktəblər"də bir ildə bir uşağa düşən xərc 5370 avro təşkil edir.

Ölkənin əksər orta ümumtəhsil məktəblərinin İnternetə giriş imkanının olmadığını söyləyən D.Futşik qeyd etdi ki, 2007-ci ildə qəbul edilmiş tədris proqramına əsasən informatika məcburi fənn kimi keçilir.

Görüşdə Azərbaycanın təhsil sistemi, təhsil siyasəti və təhsilin bütün pillələri üzrə qəbul olunan Dövlət Proqramları haqqında nümayəndə heyətinin rəhbəri B.Hüseynzadə fransalı mütəxəssislərə ətraflı məlumat verdi.

Səfər çərçivəsində nümayəndə heyəti Fransa Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Qiymətləndirmə, Planlaşdırma və Səmərəliliyin Təhlili İdarəsində oldu. İdarənin əməkdaşları ilə keçirilən görüşdə A.Lopez qeyd etdi ki, rəhbərlik etdiyi qurum təhsil sahəsində statistik informasiya sisteminin qurulması və idarə olunmasını təmin edir. Təhsil sisteminin bütün istiqamətləri üzrə qiymətləndirmə, sorğular və tədqiqatlar proqramını nazirliyin digər idarələrinin sifarişi əsasında hazırlayıb həyata keçirən qurum təcrübə və məsləhət funksiyası ilə bağlı milli və regional səviyyələrdə tədbirlərin səmərəliliyini, ardıcıllığını təmin edir. Eyni zamanda həm məktəbi, həm ali təhsili, həm də elmi tədqiqatları maraqlandıran statistik məsələlərlə bağlı idarə tərəfindən Ali Təhsil və Peşə İnteqrasiyası üzrə Baş İdarəyə, İnnovasiya və Tədqiqatlar Baş İdarəsinə dəstək verilir və ya əksinə. Görüşdə idarənin əməkdaşlarına ölkəmizdə tətbiq olunan qiymətləndirmə sistemi haqda məlumat verildi. 

"Fransanın təhsil nazirinə bir il əvvəl göndərdiyim sorğuya hələ cavab ala bilməmişəm" 

Parisdə gündəlik 400000 nüsxə tirajla 28 səhifə həcmində nəşr olunan "Le Monde" qəzeti təkcə Fransada deyil, eləcə də Avropada böyük nüfuza malikdir. Redaksiyanın şöbələri, əməkdaşların iş rejimi ilə yaxından tanışlıqdan sonra qəzetin təhsil rubrikasına məsul şəxs M.Bomar azərbaycanlı həmkarları ilə görüşdü. O bildirdi ki, qəzetin 600 əməkdaşı var. Onlardan 400 nəfəri yaradıcı heyətə daxildir. "Le Monde"nin Təhsil redaksiyasında 5 nəfər çalışır. Redaksiya əməkdaşları tərəfindən hər ay bir dəfə təhsillə bağlı 12 səhifəlik xüsusi buraxılış hazırlanır. Qəzetdə çalışan jurnalistlərin orta aylıq əməkhaqqı 2000-3000 avrodur.

Fransa Təhsil Nazirliyi tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etdiyini söyləyən M.Bomar təəssüf hissi ilə bir məqama da xüsusi toxundu. Ölkənin təhsil naziri ilə jurnalistlərin birbaşa görüşməsinin demək olar ki, mümkünsüz olduğunu bildirən xanım Bomar fikrini belə əsaslandırdı: "Ümumiyyətlə, bizim nazir mətbuat nümayəndələri ilə ünsiyyətdə olmağı bir o qədər də sevmir. Doğrudur, nazir tez-tez jurnalistlər üçün mətbuat konfransı keçirir, nazirlik tərəfindən görülən işlər haqda məlumat verir. Ancaq jurnalistləri, şəxsən məni maraqlandıran bir çox suallara cavab vermir. Fransanın təhsil nazirinə bir il əvvəl göndərdiyim sorğuya hələ cavab ala bilməmişəm".

Maraqlı diskussiya şəraitində keçən görüşdə nümayəndə heyətinin rəhbəri B.Hüseynzadə "Le Monde" qəzetinin əməkdaşlarına Azərbaycanda KİV nümayəndələrinin dövlət orqanlarından rahat məlumat almaq imkanlarından danışdı. Qeyd etdi ki, mətbuata həmişə açıq olan təhsil naziri Misir Mərdanov bütün tədbirlərdə jurnalistlər tərəfindən ona ünvanlanan sualları şəxsən özü cavablandırır. "Hətta əksər hallarda jurnalistlər nazirlə birbaşa əlaqə yaradır və onları maraqlandıran bütün suallara onun özündən cavab ala bilirlər". Fransalı jurnalist isə, öz növbəsində, "Mən nazirin jurnalistlərlə bu qədər açıq olmasını müsbət hal kimi qiymətləndirirəm. Çox istərdim ki, biz də Azərbaycanda olduğu kimi nazirlə birbaşa əlaqə yaradıb suallarımıza cavab ala bilək", - söylədi. 

"İstərdik ki, bizim kanalı Azərbaycan tamaşaçısı da izləsin" 

"TV5 Monde" dünyanın ən böyük telekanallarından biridir. Siyasi, elmi və təhsil proqramlarına xüsusi yer ayıran telekanal 215 milyon tamaşaçı auditoriyası ilə "CNN" telekanalından öndə gedir. İllik büdcəsi 100 milyon avrodan çox olan "TV5 Monde"nin səhm paketində Fransa ilə bərabər daha 5 ölkə təmsil olunur. Məhz buna görə də telekanalın idarə olunması ilə bağlı bəzi məsələlər Fransanın Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir. Telekanalın Avropaya yayım şöbəsinin məsul şəxsi L.Eriksen görüşdə bildirdi ki, çox istərdik bizim kanalı Azərbaycan tamaşaçısı da izləsin. İctimai Televiziyanın departament direktoru C.Valehov ölkəmizdə telekanalların inkişafı üçün mövcud olan imkanlardan söz açdı, Azərbaycan həqiqətlərini fransalı həmkarlarının diqqətinə çatdırdı. 

Fransa məktəblərində dini geyimlər, boyundan xaç asmaq qadağandır 

Fransa Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Kommunikasiya İdarəsinin (DELCOM) direktoru V.Meli nümayəndə heyəti ilə görüşdü. İdarənin direktor müavini K.Dük, mətbuat şöbəsinin rəisi Ş.Denu, veb şöbəsinin rəisi O.Kolanın da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bildirildi ki, hər iki nazirliyin nəzdində fəaliyyət göstərən DELCOM-un 7 şöbəsində 76 əməkdaş çalışır. Kommunikasiya İdarəsi hər iki nazirlikdə KİV-lə işin qurulması, İnternet saytının idarə olunması, regional şöbələrdə (30 akademiyada) olan əməkdaşların göndərdikləri məlumatların emal olunub ictimaiyyətə çatdırılması funksiyalarını yerinə yetirir.

Fransada təhsilin idarə olunması ilə bağlı 2 nazirlik fəaliyyət göstərir. Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi və Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi. 2010-cu ildə Fransada dövlət büdcəsindən təhsilə 60 milyard avro vəsait ayrılıb. Dövlət büdcəsinin xərclərində ilk yeri təhsilə ayrılan xərclər tutur. Büdcə vəsaitlərinə qənaət edilməsi məqsədi ilə hər iki nazirliyin bir neçə struktur bölməsi ortaq fəaliyyət göstərir.

Qeyd edildi ki, ölkədə 83 universitet var. Ali məktəblərin rektorları (prezidentləri) seçki əsasında müəyyənləşdirilir. Ölkədə Təhsilin idarə olunması üzrə 30 akademiya (yerli təhsil idarəetmə orqanları) mövcuddur. Akademiya rektorları ölkə prezidenti tərəfindən təyin edilir. Fransanın ali məktəblərində 2232000 tələbə təhsil alır və 92400 müəllim çalışır. Hər tələbəyə düşən xərc ildə 11800 avro təşkil edir.

Fransada universitetlərin statusu digər ali məktəblərdən (institutlardan) fərqlidir. Ölkədə 215 ali mühəndislik, 220 ali ticarət, idarəetmə və maliyyə institutu mövcuddur. Gənclər iqtisadiyyat, kompüter mühəndisliyi və mühəndislik ixtisaslarına daha çox üstünlük verirlər.

Fransada 1905-ci ildə qəbul olunmuş qanuna əsasən dini məktəblər dövlətdən ayrıdır. Dünyəvi məktəblərdə dini dərslər keçilmir. Bu məktəblərdə təhsil alanların dini geyimlərdən istifadə etməsi, hətta boyunlarından açıq-aşkar xaç asması qadağan olunur.

Səfər çərçivəsində sonuncu görüş Paris Təhsil İdarəsi Regional Pedaqoji Sənəd Mərkəzində (CRDP) oldu. CRDP-ın fəaliyyəti haqqında məlumat verən direktor Mari-Kristin Ferandon nümayəndə heyətini mərkəzlə tanış etdi. 

Parislə tanışlıq 

Görüşlər yekunlaşdıqdan sonra Parisin qədim yerləri ilə yaxından tanışlıq bizim üçün Fransa mədəniyyəti və tarixi haqqında maraqlı məlumatlar əldə etmək imkanı yaratdı. Parisin gözəllik simvoluna çevrilən Eyfel qülləsini, Napoleonun ev-muzeyini, 1682-1789-cu illərdə fransız kral hakimiyyəti tərəfindən inşa edilmiş Versal sarayını görmək, Sena çayında axşam gəzintisi bizə xoş anlar yaşatdı. Birhəftəlik Fransa səfərimiz beləcə maraqlı və zəngin təəssüratlarla yaddaqalan oldu.  

Sarvan BƏHLULOĞLU

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov