Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - ¹14

 

BDU-nun rektoru Rumıniyada səfərdə olub

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın Konstanta şəhərinin Ovidius Universitetində Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası tərəfindən təşkil olunmuş "Davamlı inkişaf üçün təhsil və idarəetmə" mövzusunda beynəlxalq konfransda iştirak edib. BMT-nin Akademik Təsir (Academic İmpact) proqramı çərçivəsində təşkil edilən konfrans insan haqları, savadlılıq, davamlı inkişaf və münaqişələrin həll edilməsi ilə bağlı BMT tərəfindən qəbul edilən 10 prinsipin aktiv dəstəklənməsi, ali təhsil müəssisələri və biznes cəmiyyətlərinə fəaliyyətlərini bu prinsiplər üzərində qurmaları üçün köməklik məqsədi daşıyıb.

Proqramın strategiyası müasir cəmiyyətdə yaşamaq üçün lazım olan bilik və təcrübənin adi şəkildə ötürülməsindən sürətlə dəyişən şərtlərə uyğunlaşmağa keçmək, sosial inkişafın planlaşdırılmasında iştirak etmək və atılan addımların nəticələrini əvvəlcədən görməyi öyrənməkdir.

Konfransda çıxış edən akademik Abel Məhərrəmov Azərbaycanda davamlı inkişafla bağlı təhsil sistemində köklü dəyişikliklər aparılmasından, müstəqilliyin bərpasından sonra davamlı insan inkişafına dair monitorinqlər aparılmasına start verilməsindən danışıb. Bildirib ki, bu prosesin daha geniş vüsət almasına ölkənin sürətli inkişafı, müxtəlif islahatların həyata keçirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi də güclü təkan verib. Nəticədə insan inkişafı indeksinin orta illik tempinə görə ölkəmiz keçmiş sovet respublikaları arasında aparıcı dövlət olmuşdur. 2005-ci illə müqayisədə Azərbaycan Respublikası 34 pillə irəliləyərək 64-cü yerə yüksəlmişdir. Respublikamız "orta insan inkişafı" qrupunu tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub.

Konfransda təhsilin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif fikir və mülahizələr səsləndirilib. Rektor Abel Məhərrəmov insanlarda tənqidi və yaradıcı təfəkkür vərdişlərinin inkişaf etdirilməsi, fərqli düşünənlərə hörmətlə yanaşma və tolerantlıq, qərarların qəbulunun demokratik formalarını dərindən mənimsəmə məsələləri ilə əlaqədar təklif və vəzifələr irəli sürüb.

Bu təkliflər böyük maraqla qarşılanıb və rektor Abel Məhərrəmov davamlı inkişaf üçün təhsil metodologiyasının aşağıdakı vəzifələri nəzərdə tutmalı olduğunu qeyd edib:

Vətəndaş cəmiyyətinin formalaşdırılması, ictimai həyatın müxtəlif sahələrində disproporsiyanın və sosial-iqtisadi sahədə təbəqələşmənin aradan qaldırılması əsasında sosial tərəfdaşlıq, təhsilin davamlı inkişafın maraqlarına cavab verməsi dərəcəsini əks etdirən indikatorlar sisteminin işlənib hazırlanması, əsas diqqətin biliklərin təmin olunmasına deyil, problemlərin araşdırılması və onların mümkün həlli variantlarının tapılmasına istiqamətləndirilməsi, ənənəvi fənlərin tədrisinin və onların proqramlarının strukturunun dəyişdirilməsi, fənlərarası sintezin həyata keçirilməsi, davamlı inkişafın səmərəli olması üçün onun problemlərinin bütün tədris fənlərinə, proqram və kurslara inteqrasiyası, davamlı inkişaf problemlərinə həsr olunmuş konkret kursların keçirilməsi, tədris metodlarının yaradıcılıq vərdişlərini inkişaf etdirən geniş diapazonundan istifadə olunması, hər bir ölkədə davamlı inkişafın təşkili, maliyyələşdirilməsi və qiymətləndirilməsi üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və təhsil prosesinin bu yeni istiqamətində milli fəaliyyət planı və strategiyasının hazırlanması.

Konfransda BMT Baş katibinin Kommunikasiya və ictimai informasiya məsələləri üzrə müavini Kiyo Akasaka, o cümlədən dünyanın klassik universitetlərinin rektorları, iş və dövlət adamları, elm xadimləri iştirak ediblər. Çıxış edənlər davamlı irəliləyişləri dəyərləndirmək üçün müəyyən indikatorların inkişafı, yoxsulluğu aradan qaldırmaq üçün istiqamətləndirilmiş iqtisadiyyat, yaşıl iqtisadiyyat, təhsil və idarəetmə üzrə plenar sessiyaların ardıcıl keçirilməsinə nail olmaq üçün məruzələr əsasında qətnamələr qəbul olunmasının önəmindən danışıblar. BMT-nin dayanıqlılıq prinsipini irəli çəkməklə işgüzar biznes dairələri və idarəetmə ilə əlaqədar akademik təşkilatların rolunun müzakirəsi üçün platforma yaradılması da təklif edilib.

Konfransın sonunda alternativ enerji, bərpa olunan enerji mənbələri, yaşıl enerji, ekoinnovativ texnologiyalar üzrə birgə tədris planlarının hazırlanması, eyni zamanda qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi qərara alınıb və konfransın yekun Deklarasiyası qəbul edilib.

Rektor Abel Məhərrəmov səfər çərçivəsində Ovidius Universitetinin 50 illik yubileyində də iştirak edib. Tədbirdə çıxış edən akademik A.Məhərrəmov Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası ilə mövcud olan uzunmüddətli əməkdaşlıq çərçivəsində Ovidius Universitetinin özünəməxsus rolundan danışıb. Rektor eyni zamanda bildirib ki, Ovidius Universiteti Rumıniyanın qabaqcıl universitetləri ilə bərabər iki ölkə arasında təhsildə islahatların aparılması və əməkdaşlığın inkişafı istiqamətində öz töhfələrini verib. Yubileydə rektor Abel Məhərrəmov Ovidius Universitetinin rektoru, professor Viktor Çupina tərəfindən diplomla təltif olunub.

Yeri gəlmişkən qeyd edək ki, Bakı Dövlət Universiteti Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının aktiv üzvlərindən biridir. 2002-2004-cü illərdə BDU Assosiasiyaya sədrlik etmiş, 2004-cü ildən isə vitse-prezident səviyyəsində təmsil olunmaqdadır. BDU-nun Assosiasiyaya rəhbərlik etdiyi 2 illik fəaliyyəti çox yüksək dəyərləndirilib və nəticə etibarilə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın "Komandor" dərəcəli ali Qızıl Ulduz Ordeni ilə təltif olunub. 

P.İBRAHİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov