Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - ¹14

 

Təhsil Nazirliyi Masallıda regional konfrans keçirib

 

Aprelin 11-də  Masallı şəhəri 4 nömrəli Digah tam orta məktəbində təhsil naziri Misir Mərdanovun iştirakı ilə "Müasir dövrdə innovativ təhsil ideyalarının tətbiqi təcrübəsindən" mövzusunda zona elmi-praktik konfrans keçirildi. Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun rəsmilərinin və Masallı, Lənkəran, Astara, Lerik, Salyan, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının təhsil şöbələrinin işçiləri iştirak edirdi. Öncə  təhsil naziri Misir Mərdanov məktəbin foyesində təşkil olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdi. Yeni istifadəyə verilən Digah məktəbinin idman zalı, kitabxana və sinif otaqları ilə tanış olan nazir sonra "açıq dərs"lərdə iştirak etdi. Əməkdar müəllim Əlinaz Talıbovun VII və Dadaşbala Duniyevin isə VIII sinifdə keçdikləri riyaziyyat dərsində iştirak edən  Misir Mərdanov hər iki dərsdən razı qaldığını bildirdi.

Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov respublikanın təhsil sistemində həyata keçirilən islahatlardan, son zamanlar ölkədə xeyli sayda yeni məktəb binasının tikilərək istifadəyə verilməsindən və bütün ümumtəhsil müəssisələrinin ən zəruri avadanlıqlarla, o cümlədən kompüter texnologiyaları ilə təchiz olunmasından bəhs etdi. Qeyd edildi ki, 2000-ci ildən təhsildə aparılmağa başlanan islahatlar artıq öz bəhrəsini verməkdədir. Son illər respublikada 2000-dən çox məktəb tikilərək istifadəyə verilib. Misir Mərdanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara və  müvafiq göstərişlərinə əsasən hazırda respublika üzrə qəza vəziyyətində olan 525 məktəbin hər biri 2013-cü ilə kimi təmir olunacaq və müasir tələblər səviyyəsinə çatdırılacaq. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan və sürətlə inkişaf edən respublikamızda təhsilə göstərilən diqqət və qayğıdan söz açan nazir ölkəmizi işıqlı gələcəyə aparan Prezident  cənab   İlham Əliyevin ümummilli liderimizin layiqli davamçısı olduğunu qeyd etdi. Bildirildi ki, təhsil işçiləri ölkə başçısının ətrafında sıx birləşib və onun həyata keçirdiyi islahatları dəstəkləyir.

Təhsil naziri Misir Mərdanov müasir dövrdə innovativ təhsil ideyalarının tətbiqi təcrübəsinin geniş yayıldığını iştirakçıların nəzərinə çatdırdı. Qeyd edildi ki, əsası 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları ölkəmizdə uğurla həyata keçirilməkdədir. İslahat proqramı ölkəmizin tərəqqisinin yeni dövründə təhsil siyasətinin əsas istiqamətlərini müəyyən etməklə bu sistemin inkişafının, keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edir. Bütün bunların məntiqi nəticəsi isə təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. İnteraktiv təlim metodlarından istifadə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Misir Mərdanov bildirdi ki, bu gün təlim-tərbiyə prosesində şagirdlərə daha çox müstəqillik verilməli, öz fikirlərini sərbəst, çəkinmədən söyləməyə, arzu və istəklərinə müvafiq məşğuliyyətlər seçməyə şərait yaradılmalıdır.

Təhsil naziri müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün  ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırıqlarının olduğunu vurğuladı. Bildirildi ki, son illər müəllimlərə verilən fəxri adlar və pul mükafatları onlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Lakin buna baxmayaraq, dövlətimiz müəllimlərin problemlərinin aradan qaldırılmasını və onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Nazir müəllimlərə "dövlət qulluqçusu" statusu verilməsinin gündəlikdə duran məsələlərdən biri olduğunu bildirdi.

"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri  haqqında danışan nazir bu müsabiqələrdə regionlardan olan müəllimlərin də fəal iştirak etdiyini təqdirəlayiq hal kimi qiymətləndirdi. Digah məktəbində iştirakçısı olduğu "açıq dərs"ləri nümunə göstərən nazir belə müəllimlərin qiymətləndirilməsi və mükafatlandırılmasının vacibliyini vurğuladı. Nazir bütün müəllimlərə fəal təlim metodlarından bacarıqla istifadə etmələrini və kompüterlə işləmək vərdişlərini artırmaq üçün daha çox çalışmalarını tövsiyə etdi.

Misir Mərdanov təhsildə uğurlarla yanaşı, bir sıra problemlərin də olduğunu və bu problemlərin mərhələli şəkildə öz həllini tapacağını vurğuladı.

Nazir regionlarda belə tədbirlərin keçirilməsinin təhsilimizə və təhsil işçilərinə müsbət təsir etdiyini söyləyərək tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə təşkilatçılara minnətdarlığını bildirdi.

Sonra söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə verildi. Q.Ağayev bildirdi ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycan Respublikası özünün sürətli  inkişaf dövrünü yaşayır. Bu tərəqqi təhsil sahəsində özünü daha qabarıq şəkildə göstərir. Möhtərəm Prezident cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açan Q.Ağayev dövlətin zənginliyinin və gücünün onun elmi potensialında, böyük alimlərində və düşünən beynində olduğunu bildirdi. Qeyd etdi ki, vətənpərvər, müasir dünyagörüşlü və milli dəyərlərinə bağlı bir nəslin yetişməsi üçün ən böyük məsuliyyət təhsil işçilərinin üzərinə düşür. Dövlətimiz bu məqsədləri həyata keçirmək üçün bütün imkanlarını səfərbər edir. Sevindirici haldır ki, təhsildə olan inkişaf Masallı rayonunda da aydın şəkildə hiss olunur. Belə ki, son illərdə rayonda 24 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 5 məktəb binası isə əsaslı təmir olunmuşdur. Hazırda 2 yeni məktəbin tikintisi və Masallı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin əsaslı təmir işləri davam etdirilir. Görülən bütün işlərə görə Masallı rayonu ictimaiyyəti adından möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Tədbirdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov konfransın mövzusu haqqında danışaraq bildirdi ki, artıq 2008-ci ildən başlayaraq hər il I siniflərdə kurikulumu tətbiq edən müəllimlər kurslardan keçirilir. Bu istiqamətdə yerli mütəxəssislərin hazırlanması rayonda maarifləndirmə mərkəzinin yaradılmasına şərait yaradıb. Bu mərkəzdə ixtisasartırma kursları təşkil olunub ki, bu da rayonun təhsil həyatında böyük əhəmiyyət daşıyır. Rayonda təşkil olunmuş 8 dayaq məntəqəsində - istinad məktəblərində aparılan kurslarda təkcə ibtidai sinif müəllimləri deyil, yuxarı siniflərdə dərs keçən müəllimlər də həvəslə iştirak edirlər. Bu gün yuxarı sinif müəllimləri ənənəvi üsullarla işləməyin müasir tələblərə cavab vermədiyini dərk edirlər. Masallı rayonunun 8 məntəqəsində yerləşən istinad məktəblərinin mərkəzi 4 nömrəli Digah tam orta məktəbidir. Bu məktəb həmçinin "açıq dərs"lərin mərkəzidir. Vaxtaşırı yerli təlimçilər burada toplaşır, təcrübə mübadiləsi aparırlar. Seminarlar təşkil olunur ki, burada fənn kurikulumları ilə bərabər, yeni qiymətləndirmə mexanizmi, dərslik komplektlərinin istifadəsi barədə müəllimlərə geniş məlumatlar verilir. A.İbişov bu istiqamətdə aparılan işlərin gələcəkdə uğurla davam etdirilməsi üçün rayon təhsil işçilərinin bütün qüvvələrini səfərbər edəcəklərini bildirdi.

Digər çıxış edənlər də mövzu ilə bağlı öz fikirlərini bildirdilər və təkliflər irəli sürdülər.

Tədbirin sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırıldı. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov