Aprelin 9-da Türkiyənin məşhur "Akare
International Education Fairs" şirkətinin
təşkilatçılığı ilə Bakıda 2011-ci ilin ən böyük
təhsil sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, sərgidə Türkiyə,
Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri,
İngiltərə, İsveç, İsveçrə, Litva və digər
ölkələrin universitetləri iştirak edirlər.
Sərgidə ümumilikdə 12 ölkənin 60 ali təhsil
ocağı təmsil olunmuşdur.
Tədbirdə xaricdə sertifikatlaşdırılmış təhsil,
MBA proqramları və dil kursları barədə ətraflı
məlumat verilmişdir. Təhsil müəssisələrinin
nümayəndələri təmsil etdikləri qurumlarda təhsil
almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə
tutulan güzəştlər, gündəlik xərclər və s.
məsələlərlə bağlı sualları cavablandırmışlar.
Sərginin açılış mərasimində Türkiyənin
ölkəmizdəki səfirliyinin təhsil üzrə müşaviri
Abdullah Özişçi, "Akare International Education
Fairs" şirkətinin icraçı direktoru Nazim
Özsoylu, Qafqaz Universitetinin rektoru Əhməd
Saniç və başqaları iştirak etmişlər. |