Heydər Əliyev Fondunun Ucar rayonunun Qazıqumlaq
kəndində inşa etdirdiyi 360 şagird yerlik və
Alpı kəndində isə 240 yerlik tam orta məktəbləri
üçün binaların tikintisində son tamamlama işləri
aparılır.
Rayon icra hakimiyyətindən bildirmişlər ki,
müasir standartlar səviyyəsində inşa olunan hər
iki məktəb binası tədrisin yüksək səviyyədə
təşkilinə imkan verəcəkdir. İkimərtəbəli yeni
binalar geniş və işıqlı sinif otaqlarına, fənn
kabinetlərinə, qış idman zalına malikdir.
Binalar istilik sistemi ilə təchiz olunmuşdur.
Hazırda açıq idman meydançası hazırlanır,
həyətlərdə abadlıq və yaşıllaşdırma işləri
aparılır.
Hər iki təhsil ocağı qarşıdakı dərs ilində
istifadəyə veriləcəkdir.
AzərTAc |