NDU-nun "Heydər Əliyev universiteti"nin növbəti
məşğələsi keçirildi.
"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı"
mövzusunda keçirilən tədbirdə giriş nitqi ilə
çıxış edən rektor, akademik İsa Həbibbəyli ulu
öndərin ölkəyə rəhbərliyi illərində müstəqil
Azərbaycanın dövlət quruculuğu sahəsində gördüyü
böyük işlərdən, Azərbaycan ədəbiyyatının və
mədəniyyətinin çiçəklənməsindəki misilsiz
xidmətlərindən danışdı. Natiq vurğuladı ki,
Heydər Əliyevin ədəbi-nəzəri fikirləri ilə əməli
fəaliyyətinin vəhdəti nəticəsidir ki, bu gün
Azərbaycan ədəbiyyatının, Azərbaycan
mədəniyyətinin inkişafı üçün geniş perspektivlər
açılmışdır.
Ali məktəbin tədris işləri üzrə prorektoru,
filologiya elmləri üzrə fəlsəfə doktoru,
əməkdar elm xadimi Hüseyn Həşimli "Heydər Əliyev
və Azərbaycan ədəbiyyatı" adlı məzmunlu
məruzəsində ümummilli liderin Azərbaycan
folklorunun və klassik ədəbi irsinin tədqiqi,
təbliği ilə bağlı gördüyü işlərdən, mədəniyyət
sahəsindəki uğurlu siyasətindən bəhs etdi.
Sonda universitet rəhbərliyi adından "Heydər
Əliyev universiteti"nin kitabxanasına yeni
nəşrlər hədiyyə olundu.
NDU-nun Mətbuat şöbəsi |