Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - ¹14

 

Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər Prezident İlham Əliyevə müraciət qəbul ediblər

 

Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər Prezident İlham Əliyevə müraciət qəbul etmişlər.   AzərTAc xəbər verir ki, müraciəti Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev, Badeş-Bolyai Universitetinin tarix fakültəsinin doktorantı Əsgər Dünyamalıyev, Buxarest İqtisadi Elmlər Akademiyasının biznesin təşkili və idarəedilməsi fakültəsinin ikinci kurs tələbəsi Rəşad Ağazadə imzalamışlar.

Müraciətdə deyilir ki, biz - Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər Vətəndən uzaqda olsaq da, bu gün ölkəmizdə bütün sahələrdə aparılan hərtərəfli quruculuq işlərini, inkişafı, həyata keçirilən siyasi, iqtisadi, hüquqi, demokratik islahatları diqqətlə izləyir və dövlətimizin həm daxildə, həm də beynəlxalq aləmdə atdığı hər bir uğurlu addım ilə fərəhlənirik. Hazırda dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitliyin və iqtisadi artımın qorunub saxlanılması həyata keçirilən siyasətin dayanıqlığına söykənir. Qonşu ölkələrdə milli valyutanın devalvasiyaya məruz qalması, xarici borclanmanın artması müşahidə olunduğu halda, ölkəmiz bu çətin sınaq dövründən də uğurla çıxmışdır. Milli sərvətlərdən məqsədyönlü istifadə nəticəsində ölkəmizin maliyyə ehtiyatlarının gündən-günə artması xalqın rifahının və maddi-sosial təminatının gücləndirilməsinə geniş imkanlar yaradır. Təbii ki, bu uğurlarımızın təməlində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin siyasi, iqtisadi-sosial və mədəni həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf dayanır.

Gənclərin müraciətində daha sonra deyilir: "Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində yürütdüyünüz qətiyyətli siyasət nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini gücləndirir. Ordu quruculuğu sahəsinə xüsusi diqqət ayırmaqla, ələlxüsus gənclərə vətənpərvərlik, milli dəyərlərə bağlılıq hissinin aşılanması, onların torpaqlarımızın azadlığı uğrunda mübariz ruhda tərbiyə olunması istiqamətində ardıcıl fəaliyyət həyata keçirirsiniz. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı və gəncliyi öz torpaqlarını azad etmək uğrunda canından keçməyə hazırdır. Azərbaycan gəncliyi Azərbaycanın ərazi bütövlüyünün gec-tez bərpa olunacağına əmindir".

Azərbaycan dövlətinin həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasətin ölkənin regiondakı geosiyasi və geoiqtisadi mövqeyini get-gedə gücləndirdiyinin vurğulandığı müraciətdə deyilir ki, müasir dövrün reallıqlarından biri kimi qərbə inteqrasiya yolunu tutmuş Azərbaycanın yalnız Avropa və Avratlantik strukturlarla deyil, bütövlükdə dünyanın digər nüfuzlu regional strukturları ilə uğurla əməkdaşlıq etməsi ölkəmizin milli və dövlətçilik maraqlarının geniş miqyasda təmin edilməsində həlledici amildir. Bundan əlavə, sivilizasiyalararası və dinlərarası dialoqun gücləndirilməsi, dini dözümlülüyün təşviqi istiqamətində həyata keçirilən irimiqyaslı beynəlxalq tədbirlər Şərq-Qərb arasında Azərbaycanın körpü rolunu artırmaqla ölkəmizi dünya mədəniyyətlərinin qovuşduğu məkana çevirir.

Müraciətdə qeyd olunur ki, bu gün biz Azərbaycan Respublikasının xarici siyasət strategiyalarından biri kimi xarici ölkələrlə mehriban qonşuluğun, qarşılıqlı maraq və fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi strategiyasının bəhrələrinin Rumıniyada bilavasitə şahidi oluruq. Belə ki, Rumıniyada Şarl de Qoll və Mustafa Kamal Atatürklə yanaşı xatirəsi əbədiləşdirilən üç tarixi şəxsiyyətdən birinin ulu öndərimiz Heydər Əliyevin olması, Rumıniyanın dövlət universitetlərində Şarl de Qoll, Ştefan Çelmare ilə yanaşı Heydər Əliyev adına təqaüdlərin təsis olunması bizim üçün böyük qürur və fəxr mənbəyidir. Azərbaycan Rumıniya ilə strateji tərəfdaşlıq əlaqələri qurmuş 10 ölkədən biridir. Bu, cənab Prezident, məhz Sizin müəyyən etdiyiniz xarici siyasət kursunun bariz nəticələrindəndir.

Gənclər xüsusi vurğulayırlar ki, bu gün ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq, milli birlik, xalqla onun seçib sevdiyi və dəstəklədiyi Prezident arasında birbaşa münasibət və ünsiyyət mövcuddur.

Ölkəmizdə şəhid ailələrinə, qaçqınlara, öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərə, müharibə veteranlarına, əlillərə dünyanın heç bir ölkəsində göstərilməyən dövlət qayğısı göz önündədir. Dövlətimizin milli elmimizə, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə, yaradıcı ziyalılarımıza münasibəti bizdə iftixar hissi doğurur. Dövlətimizin Azərbaycan gəncliyinə, onun sağlam həyat tərzinə, xaricdə təhsil almasına göstərdiyi qayğıda, son illərdə idman sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, o cümlədən beynəlxalq Olimpiya yarışlarında qazandığımız qələbələr sayəsində bayrağımızın müntəzəm yüksəlməsində, cənab Prezident, şəxsən Sizin xidmətləriniz əvəzsizdir.

Son zamanlar Sizin birbaşa göstərişinizlə korrupsiya və sui-istifadə hallarına qarşı aparılan mübarizə ölkəmizin iqtisadiyyatının inkişafına səmərə verməklə hər bir Azərbaycan vətəndaşının maraqlarına xidmət edir və bu tədbirlər dövlətimizin dünyada mövqeyinin daha da möhkəmlənməsinə təminat yaradır.

Müraciətdə vurğulanır ki, Azərbaycanın sürətli inkişafı cəmiyyətdə gənclərin rolunu artırmışdır. Vətəndən kənarda yaşasaq da, bu uğurlar bizi daha yaxşı təhsil almağa, ölkəmizi layiqincə təmsil etməyə həvəsləndirir, Azərbaycançılıq məfkurəsi ətrafında birliyimizi gücləndirir.

Bununla yanaşı, Azərbaycanda müşahidə olunan inkişafı və tərəqqini görmək istəməyən, öz mənfur niyyətlərinə çatmaq üçün xalq arasında çaşqınlıq, siyasi qarşıdurma və gərginlik yaratmağa çalışan qrupların demokratik dəyərlərə zidd, qanunsuz hərəkət və davranışları bizdə dərin təəssüf hissi və qəti etiraz doğurur. Biz təxribat xarakteri daşıyan bu cür meyilləri beynəlxalq aləmdə ölkəmizin imicinə zərbə vurmaq, mövcud siyasi-iqtisadi sabitliyin üzərinə kölgə salmaq cəhdi və xaricdə Azərbaycan dövlətinin əleyhinə çalışan düşmən qüvvələrin, qrupların və işğalçı ermənilərin maraqlarına xidmət edən addım kimi qiymətləndiririk.

Gənclərin müraciəti aşağıdakı fikirlərlə bitir: "Cənab Prezident, Sizi əmin edirik ki, Rumıniyadakı Azərbaycan gəncləri ölkəmizdə güclü dövlətçiliyin qorunub saxlanması, davamlı ictimai-siyasi sabitliyin və iqtisadi-sosial inkişafın təmin edilməsi, Vətənimizin gündən-günə qüdrətlənməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması ilə bağlı yürüdülən siyasi kursunuzu tam dəstəkləyir və hər zaman olduğu kimi, bundan sonra da öz üzərinə düşən vətəndaşlıq borcunu böyük məsuliyyətlə, ləyaqətlə, sədaqətlə və vicdanla yerinə yetirməyə hazırdır. Siz dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbi Vətən eşqi ilə döyünən azərbaycanlıların, o cümlədən Rumıniyadakı biz gənclərin sevimlisi və liderisiniz. Biz hər zaman Sizin yanınızdayıq".

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov