"Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında
təhsili və qarşıda duran vəzifələr" ilə bağlı 02
aprel 2010-cu il 122 saylı Azərbaycan
Respublikası Təhsil Nazirliyinin kollegiya
qərarının icrasını təmin etmək üçün Təhsil
Nazirliyinin 14 may 2010-cu il tarixli əmrində
nəzərdə tutulan işləri həyata keçirmək
məqsədilə
ƏMR EDİRƏM:
1. Metodiki Əlaqələndirmə Şurasının tərkibi
təsdiq edilsin (əlavə 1);
2. Metodiki Əlaqələndirmə Şurasının Əsasnaməsi
təsdiq edilsin (əlavə 2);
3. Ali təhsil müəssisələrinin rəhbərlərinə
tapşırılsın ki, Metodiki Əlaqələndirmə Şurasının
işinə cəlb olunan mütəxəssislərin səmərəli
işləməsi üçün müvafiq şərait yaradılsın;
4. Təhsil nazirinin müavini (E.Qasımov) və
Beynəlxalq əlaqələr şöbəsinin müdiri
(Q.Novruzov) bu əmrdən irəli gələn müvafiq
tədbirləri həyata keçirsinlər;
5. Əmr "Azərbaycan müəllimi" qəzetində, "Təhsil
xəbərləri" məcmuəsində dərc edilsin;
6. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 aprel 2011-ci il |