Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı
Respublika Komitəsi |
|
|
QƏRAR N 509 |
|
Bakı şəhəri |
31 mart 2011-ci il |
|
|
Tələbələrin XVI Respublika fənn olimpiadasının
keçirilməsi haqqında
Respublika ali təhsil müəssisələrində təhsil
alan tələbələrin müxtəlif fənlərə marağının
artırılması, həmin fənlər üzrə yüksək bilik
nümayiş etdirən tələbələrin aşkar edilməsi və
onlarda biliyə olan həvəsin stimullaşdırılması
məqsədilə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin
Rəyasət Heyəti
QƏRARA ALIR:
1. Tələbələrin XVI Respublika fənn olimpiadası
(riyaziyyat, fizika, kimya, biologiya,
informatika, Azərbaycan dili, Azərbaycan tarixi,
Azərbaycan coğrafiyası, ingilis, alman, fransız
və rus dilləri fənləri üzrə) 2011-ci ilin
aprel-may aylarında 2 tur üzrə keçirilsin.
2. Olimpiadanın I turu 2011-ci il 5 - 30 aprel
tarixlərində ali təhsil müəssisələrində, II
yekun turu cari ilin may ayında Azərbaycan
Dövlət İqtisad Universitetində keçirilsin.
3. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat
Komitəsi (əlavə 1) yaradılsın.
4. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər
öz üzərinə aşağıdakıları götürür:
4.1. Azərbaycan Respublikasının Təhsil
Nazirliyi:
-
Olimpiada qalibləri üçün diplomların
hazırlanmasını;
-
Olimpiada qalibləri üçün hədiyyələrin alımasını.
4.2. Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsi:
-
Olimpiada qaliblərinə aşağıdakı məbləğdə
mükafatların verilməsini:
1-ci yer (12 nəfər) üçün 300 manat
2-ci yer (24 nəfər) üçün 150 manat
3-cü yer (36 nəfər) üçün 100 manat
-
Münsiflər heyətinin sədrlərinə (12 nəfər) 200
manat məbləğində pul mükafatının ayrılmasını.
5.
Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin
mükafatlandırılması ilə bağlı xərclər smetasını
hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
6.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını və İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
7.
Qərarın icrasına nəzarət nazir müavini
İ.Hüseynovaya və sədr müavini Ş.Əsgərova həvalə
olunsun.
Azərbaycan Respublikasının təhsil naziri
Misir MƏRDANOV |
Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri
Səttar MEHBALIYEV |
|