Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Binəqədi
rayonunun Biləcəri qəsəbəsində yerləşən
mədəniyyət-istirahət parkının abadlaşdırılması
üçün Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon
manat məbləğində vəsait ayrılsın.
2. Binəqədi
rayonunun Xocasən qəsəbəsində 103 saylı
ümumtəhsil məktəbinin 640 şagirdlik əlavə
korpusunun tikintisi üçün Bakı şəhərinin
Binəqədi Rayonu İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon
manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2011-ci il |