Aprelin 5-də təhsil naziri Misir Mərdanov
Türkiyə Respublikası Milli Təhsil Nazirliyi
Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan
Tufanın başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən
məmnunluq duyduğunu ifadə edən nazir
Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı
dostluq, qardaşlıq münasibətlərindən söz açıb.
İki ölkənin təhsil sahəsində çoxtərəfli və
inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə
çəkən nazir yaradılmış əməkdaşlığın daha da
möhkəmləndirilməsi və genişləndirilməsinin
əhəmiyyətini vurğulayıb.
Sonra Misir Mərdanov bu günlərdə Türkiyə
Respublikası Milli Təhsil Nazirliyinin Təlim və
Tərbiyə Kuruluna ezam olunmuş Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndə
heyətinin uğurlu səfəri və onların səmərəli
təcrübə mübadiləsi apardıqları barədə danışıb.
Səfərin dərsliklərin qiymətləndirilməsi
təcrübəsinin öyrənilməsi məqsədi daşıdığını qeyd
edən nazir nümayəndə heyətinin keçirdiyi
görüşlərin gələcəkdə bu istiqamətdə aparılacaq
işlərdə mühüm rolu olacağını diqqətə çatdırıb.
Nazir həmçinin Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil
Nazirliyinin müvafiq qurumlarının dərsliklərin
hazırlanması proseduru və onların
qiymətləndirilməsi ilə bağlı son 3 il ərzindəki
əməkdaşlığından razı qaldığını bildirib.
Türkiyə Respublikası Milli Təhsil Nazirl
iyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan
Tufan səmimi qəbula və münasibətə görə təhsil
naziri Misir Mərdanova təşəkkürünü bildirib.
Azərbaycanla Türkiyə arasındakı dostluq
münasibətlərində təhsil sahəsinin xüsusi yeri
olduğunu qeyd edən qonaq bu görüşün qarşılıqlı
əməkdaşlığa töhfə verəcəyini inamla vurğulayıb.
Rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri,
burada çalışan əməkdaşların vəzifələri, müxtəlif
fənlər üzrə komissiyalar barədə məlumat verən
Merdan Tufan, eyni zamanda birgə işlərin davam
etdirilməsi istiqamətində bundan sonra da lazımi
dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Görüşdə o da qeyd olunub ki, Türkiyə
Respublikası nümayəndə heyəti ilə dərslik
komplektlərinin hazırlanma proseduru, onların
qiymətləndirilməsi və bu kimi digər məsələlərlə
bağlı müvafiq iş aparılacaq. |