Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - ¹13

 

Humbolt Universitetində Azərbaycan tarixi öyrənilir

 

 Aprelin 6-da təhsil naziri Misir Mərdanov Almaniyanın Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Almaniya ilə Azərbaycan arasında təhsil sahəsində təşəkkül tapmış əlaqələrdən söhbət açıb, bu əlaqələrin son illər daha da inkişaf etdiyini vurğulayıb.

Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasındakı mühazirələrdə bu günədək 45 tələbənin iştirak etdiyini bildirən Eva-Mariya Aux onlardan 12 nəfərin imtahanlardan uğurla keçdiyini nəzərə çatdırıb. Azərbaycan tarixi və mədəniyyətinin tədrisi barədə söhbət açan qonaq cari ilin sentyabrında 15 tələbənin ölkəmizə səfərə göndəriləcəyini söyləyib. Eva-Mariya Aux bu səfərin təşkili məsələlərinə toxunub, habelə tələbələrin Azərbaycanla daha yaxından tanış olmasının əhəmiyyətindən bəhs edib. Doktorantların mübadiləsindən söz açan kafedra müdiri texniki peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini də bildirib.

 Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının fəaliyyəti üçün bundan sonra da müvafiq köməkliyin göstəriləcəyini bildirən təhsil naziri Misir Mərdanov cari ilin sentyabrında Azərbaycana gələcək 15 tələbənin müxtəlif regionlara səfərlərinin təşkilini tövsiyə edib. Humbolt Universitetinə Azərbaycandan mühazirəçi müəllimlərin göndəriləcəyini söyləyən nazir kafedranın istər dərslik, istərsə də əlavə tədris vəsaitləri ilə təmin olunacağını vurğulayıb. Texniki peşə təhsili sahəsində də Almaniya ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini nəzərə çatdıran Misir Mərdanov müvafiq təkliflərin həyata keçirilməsi baxımından Təhsil Nazirliyinin hərtərəfli dəstək verəcəyini bildirib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov