Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - ¹13

 

Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları Təhsil Nazirliyində olublar

 

 Aprelin 6-da Təhsil Nazirliyində "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onlara olimpiadada uğurlar qazanmağı arzulayıb. "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının keçirilməsinin məqsədini açıqlayan nazir bu olimpiadanın dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərin həllində, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəslin məlumatlandırılması və ekoloji biliklərin inkişaf etdirilməsində mühüm əhəmiyyəti olacağını qeyd edib.

Ölkə Prezidenti cənab İlham Əliyevin önəm verdiyi sahələrdən birinin məhz ekologiya olduğunu qonaqların diqqətinə çatdıran Misir Mərdanov son illər bu prioritet istiqamət üzrə görülmüş işlər barədə danışıb. Nazir bildirib ki, Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Çağ" Öyrətim İşlətmələri Şirkəti, "İNEPO-AVRASİYA" İctimai Birliyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Təhsil naziri Azərbaycan məktəblilərinin də bu olimpiadaya maraqlı layihələrlə qatıldığını nəzərə çatdırıb. Nazir həmçinin ənənəvi olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını və bu il dünyanın 35 ölkəsindən 300-dək iştirakçının biliklərini sınayacağını qeyd edib. 

Misir Mərdanov olimpiadanın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib və bilik yarışının yüksək səviyyədə keçəcəyinə əmin olduğunu vurğulayıb. Daha sonra nazir olimpiada iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmağı, öz ölkələrinə bu barədə lazımi məlumatlar çatdırmağı tövsiyə edib.

Tədbirdə aprelin 8-də açılış mərasimi olacaq olimpiadaya Azərbaycandan daxil olan 193 layihədən 58-nin, digər ölkələrdən təqdim edilən 235 layihədən isə 57-sinin seçilməsi barədə məlumat verilib. Eyni zamanda həmin layihələrin münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyi qeyd olunub.

Görüşdə "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən və "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin sədri Arif Gömleksiz iştirak edib.

Sonda bir sıra ölkələrin nümayəndələri bu görüşdən məmnun olduqlarını vurğulayıb və onlara göstərilən yüksək münasibətdən razı qaldıqlarını bildiriblər.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov