Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Ələt və Qobustan qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci
il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan
Bakı şəhərinin Qaradağ Rayonu İcra Hakimiyyətinə
6,0 (altı) milyon manat, o cümlədən Ələt
qəsəbəsində 32 saylı şəhər poliklinikasının
yenidən qurulması üçün 1,0 (bir) milyon manat və
110 saylı ümumtəhsil məktəbi binasının əsaslı
təmiri üçün 1,0 (bir) milyon manat; Qobustan
qəsəbəsində 17 saylı birləşmiş şəhər
xəstəxanasının yenidən qurulması üçün 2,0 (iki)
milyon manat və 800 şagirdlik yeni ümumtəhsil
məktəbi binasının tikintisi üçün 2,0 (iki)
milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2011-ci il |