Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Bakı şəhərinin Nizami Rayonu İcra
Hakimiyyətinə Keşlə qəsəbəsində 640 şagirdlik
yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün
Azərbaycan Respublikasının 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0
(iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2011-ci il |