Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Bakı
şəhərinin Suraxanı Rayonu İcra Hakimiyyətinə
Bülbülə qəsəbəsində 640 şagirdlik yeni
ümumtəhsil məktəbi binasının tikintisi üçün
Azərbaycan Respublikasının 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0
(iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2011-ci il |