Bu günlərdə Sumqayıt dəmiryol stansiyasında
yerləşən Hərbi Hava Qoşunları mühafizə
dəstəsinin əsgərləri ilə müharibə, əmək
veteranları və Sumqayıt şəhər 5 nömrəli tam orta
məktəbin şagirdləri görüş keçirib.
Tədbirdə
Sumqayıt Şəhər Təhsil İşçiləri Veteranlar
Şurasının sədri Məcid Zeynalov, şəhər müharibə,
əmək, silahlı qüvvələr və hüquq-mühafizə
orqanları veteranlar şurasının sədri, 15 nömrəli
məktəbin alman dili müəllimi Leyla Qasımzadə
əsgərlər qarşısında çıxış ediblər. Eyni zamanda
görüşdə Böyük Vətən müharibəsi veteranı
Mirməhəmməd Əliyev, 5 nömrəli tam orta məktəbin
təşkilatçısı Xatirə Fərmanova, biologiya
müəllimi Rəfiqə Abbasova, kitabxanaçı Zahidə
Qəhrəmanova da əsgərlər qarşısında çıxış edərək
onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı
tövsiyə ediblər.
Sonra məktəbin özfəaliyyət kollektivinin üzvləri
"Sum və ceyran" tamaşasını nümayiş etdirib,
şagirdlər - Nail Aydınlı, Ruslan Süleymanov,
Elşən Süleymanlı, Nahid Hacıyev, Lalə Mehdiyeva,
Xəyal Məmmədov, Günel Səfərli, Fidan Bayramova,
Nigar Surxayeva, Ayna Ağayeva, Nəzrin Nəcəfzadə,
Nahid Nəcəfzadə və başqaları əsgərlər qarşısında
bir-birindən maraqlı mahnılar ifa edib, şeirlər
söyləyiblər.
Əsgərlər bu görüşü böyük razılıq hissi ilə
qarşılayıblar.
Tədbirin sonunda 5 nömrəli məktəbin müəllim və
şagirdləri hazırladıqları sovqatları əsgərlərə
təqdim edərək onlarla birlikdə xatirə şəkli
çəkdiriblər.
ƏDALƏT |
|