Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - ¹12

 

Dəyərli dərslik

 

"Elm" nəşriyyatı görkəmli iqtisadçı alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Əli Xudu oğlu Nuriyevin "Regional idarəetmənin əsasları" kitabını çapdan buraxmışdır.

Özünün elmi təhlilinə görə diqqəti cəlb edən kitab Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının böyük Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 fevral 2007-ci il tarixli 118 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir.

Ağır və xeyirxah zəhmətin məhsulu olan dərslikdə Əli müəllim son illərdə regional siyasətin və idarəetmənin mühüm əsaslarını təhlil edir, konkret fikirlər, tövsiyələr irəli sürür. Dərslik 4 hissə, 14 fəsildən ibarətdir. Hər hissənin öz mövzusu vardır. Kitabda müasir ölkədaxili regional siyasət və idarəetmənin nəzəri-metodoloji məsələləri qarşılıqlı əlaqədə və ölkə şəraitinə tətbiqən ətraflı  təhlil olunur.

Müəllif Azərbaycanda regional siyasətin strateji istiqamətlərini, regional idarəetmənin təşkilati vasitə və metodlarını şərh edərkən Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin  bu məsələlərlə bağlı proqram xarakterli çıxışları, fərmanları, qəbul edilmiş rəsmi dövlət sənədlərində irəli  sürülmüş müddəaları əldə rəhbər tutmuşdur.

Kitabın birinci hissəsində regionun mahiyyəti, formaları açıqlanır,  regionlara  bölgü sisteminin təsnifatı  verilir.  Bununla  yanaşı, regionların  formalaşmasının obyektiv  ilkin  şərtləri  əsaslandırılır. 

Müəllif öz xidmətini MDB məkanında ilk dəfə olaraq ərazisi nisbətən kiçik olan respublikalardakı regional siyasət və idarəetmənin ümumi nəzəri-metodoloji məsələlərinin Azərbaycan şəraitinə tətbiqində görür. Elə buna görə də professor Əli Nuriyev mənalı ömür yolunu ölkəmizin regional inkişafı ilə  bağlamışdır.

Onun ölkəmizdə regional siyasət və idarəetmənin nəzəri-metodoloji məsələlərinin tədqiqinə həsr olunmuş ilk irihəcmli  əsəri elm aləminə bir töhfədir. Dərslikdə şərh və təhlil olunan məsələlərin əhatə dairəsi regional idarəetmədən xeyli kənara çıxmış, regional siyasətin və regional sosial-iqtisadi inkişafın bir çox vacib məsələlərini də əhatə etmişdir. Əli müəllim kitabında milli iqtisadiyyatın hər hansı təsərrüfat forması və ya formasiya ilə bağlı bir kateqoriya olmadığını, eyni zamanda özündə cəmiyyətin, iqtisadiyyatın müxtəlif inkişaf pillələrini, strukturunu, onun xüsusiyyətlərini milli xüsusiyyətlər baxımından əks etdirdiyinin də geniş izahını vermişdir.

Regional siyasətin mahiyyəti, məqsədi, sosial-iqtisadi siyasətdə yeri, normativ- hüquqi əsasları, inkişaf mərhələləri və ölkədə mövcud problemlər dərsliyin ikinci hissəsində açıqlanır. Regional siyasətin həyata keçirilməsi vasitəsi olmaqla, regional inkişafın dövlət tənzimlənməsinin yolları da kompleks şəkildə verilir və izah edilir.

Dərslikdə müstəqillik illərində ölkəmizdə Heydər Əliyevin sosial-iqtisadi inkişaf, o cümlədən regional inkişaf siyasətinin formalaşması və inkişafı geniş şəkildə mərhələlərlə təhlil olunur, maraqlı, elmi fikirlər açıqlanır.

Müəllif göstərir ki, indiyə qədər qazanılmış bütün nailiyyətlər mövcud imkanlardan daha səmərəli istifadə etməklə ölkəmiz iqtisadi cəhətdən daha güclü dövlətə çevrilmiş, dünya iqtisadi sistemində  özünə layiqli yer tutmuş, ölkədə sosial problemlərin yüksək səviyyədə həll olunması əhalinin güzəranının yaxşılaşdırılması üçün etibarlı zəmin yaratmışdır.

Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Əli Nuriyevin  "Regional siyasət və idarəetmənin əsasları" adlı dərsliyi iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr üçün faydalı dərslik, eyni zamanda elmi axtarışlarla məşğul olan insanlara gərəkli  bir elmi mənbədir.   

A.BAYRAMOV,
professor, respublikanın əməkdar müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov