Bakıdakı 5 nömrəli tam orta məktəbdə Azərbaycan
Dövlət Milli Dram Teatrının aktyorları İlham
Əsgərov, Firəngiz Mütəllimova və Azər Mirzəyevlə
görüş keçirilib.
Məktəbin direktoru Nərminə Gündüzlü bildirib
ki, bu tədbiri keçirməkdə məqsədimiz
məktəblilərdə milli dramaturgiyaya marağı
artırmaqdır. İstəyirik ki, şagirdlərimiz asudə
vaxtlarında dram teatrlarına getsinlər,
tanınmış sənətkarlarımızın tamaşalarına
baxsınlar.
Məktəbdə fəaliyyət göstərən dram dərnəyi Milli
Dram Teatrının əməkdaşları ilə sıx əlaqə
saxlayır və onlarla vaxtaşırı görüşlər keçirir.
Bu gün ilk dəfə olaraq milli teatrda çalışan
aktyorların köməyi ilə şagirdlərimiz
M.F.Axundovun "Hacı Qara" tamaşasını səhnədə
böyük məharətlə ifa etdilər.
Sonda məktəbin pedaqoji kollektivi Azərbaycanın
tanınmış sənətkarları ilə görüşdən məmnun
olduqlarını bildirib və onlarla xatirə şəkli
çəkdiriblər.
Şakir CƏFƏROV |