"Microsoft" şirkəti "İnternet Explorer-9"
brauzerinin rəsmi versiyasını təqdim etdi.
"Microsoft - Azərbaycan" şirkətindən verilən
məlumata əsasən, "İnternet Explorer-9" yüksək
səviyyəli təhlükəsizlik, məxfilik, həmçinin
təkmilləşdirilmiş İnternet-baxış
xarakteristikalarını təqdim edir. İE-9-da icra
olunmuş texnologiyalar fasiləsiz
İnternet-sessiyanı təmin etməyə imkan verir.
"İnternet
Explorer-9" brauzeri saytlarda iti sürəti təmin
edir və kontinentin baxılması üçün
təkmilləşdirilmiş imkanları təqdim edir. Belə
ki, videogörüntü daha parlaq olur, səhifələr isə
daha tez yüklənir.
"İnternet Explorer-9" brauzeri müxtəlif
zərərverici proqramlardan, fişinq hücumlarından
və s. bu kimi təhlükələrdən qoruyur. Bu
qorunmanın effektliliyi NSS Labs laboratoriyası
tərəfindən təsdiq edilmişdir. NSS Labs
laboratoriyasının verdiyi məlumata görə, yeni
brauzer 99 faizə qədər zərərverici proqramların
və fişinq hücumlarının qarşısını alır. Bundan
əlavə, IE9 uşaqların İnternetdə təhlükəsizliyini
təmin etmək məqsədilə valideynlər üçün müxtəlif
alətlər təqdim edir: valideyn nəzarəti müəyyən
saytlara məhdudiyyət qoymağa imkan verir.
"İnternet Explorer-9" brauzeri məktub yayımından
imtinaetmə funksiyasını təqdim edir. Həmin
funksiya istifadəçilərə onların onlayn
hərəkətlərinin izlənməsini qadağan etməyə imkan
verir. Bundan əlavə, InPrivate baxış funksiyası
"İnternet Explorer"in sizin onlayn sessiyanız
haqda məlumatların saxlanmasının qarşısını alır.
Bu kompüterinizdən istifadə edən digər
şəxslərin sizin onlayn sessiyanıza baxmasına
imkan vermir.
Yeni məhsulun əla keyfiyyətlərini dünyanın digər
aparıcı İT şirkətləri, o cümlədən "Microsoft"
şirkətinin çoxillik tərəfdaşı olan HP şirkəti
təsdiqləyir.
"Uzun müddətdir ki, HP və "Microsoft" şirkətləri
istifadəçilərin ixtiyarına mühüm innovasiyaları
təqdim edir. Bu gün biz "Microsoft" ilə birgə
daha sürətli və görünüş baxımından daha
qaneedici İnternet təcrübənin təmin olunmasında
yeni pillə olan İE-9-un işə salınmasını qeyd
edirik. İE-9 həqiqətən də ən yaxşı brauzerdir və
biz kompüterlərimizin əksər hissəsində onu
təqdim etməyə çox şadıq", - deyə HP şirkətinin
təchizatlar silsiləsinin idarəsi üzrə personal
sistemlər qrupunun baş vitse-prezidenti Toni
Profet qeyd edir. |