Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - ¹12

 

Azərbaycan tarixi tədrisində diyarşünaslıq materiallarından istifadə

 

Azərbaycan tarixinin diyarşünaslıq materialları ilə əlaqələndirilməsi müəllimdən tarixi dərindən bilmək, müvafiq materialları seçib qruplaşdırmaq bacarığı, bunlardan dərslərdə fəal interaktiv təlim metodları əsasında istifadə etmək ustalığı tələb edir. Təcrübə və müşahidə göstərir ki, proqram materiallarının tədrisini müvafiq diyarşünaslıq materialları ilə əlaqələndirmə zamanı şagirdlər müəllimin şərhini diqqət və maraqla dinləyir, sual-cavabda fəal iştirak edir, tapşırıqları həvəslə yerinə yetirir, doğma yurdun dünənini öyrənməyə çalışırlar.

İşin səmərəliliyi bir sıra tərəflərlə bağlıdır:

a) müəllim diyarşünaslıq materiallarını əvvəlcədən tapıb əlavə material kimi hazırlamalıdır; b) mövzuya uyğun tarixi, ədəbi məlumat və faktlardan tədris prosesində istifadə imkanı dəqiqləşdirilməlidir; c) diyarşünaslıq materialları mövzu ilə üzvi şəkildə əlaqələndirilməlidir.

Fikrimizi iki mövzunun tədrisi nümunəsində şərh edək.

VIII sinifdə Azərbaycan tarixindən "Şirvanşahlar dövləti" mövzusunun tədrisi ərəfəsində müəllim şagirdləri XI-XIII əsrlərin böyük yaşayış məskəni olmuş Salyan rayonunun Qırxçıraq ərazisinə ekskursiyaya aparır.

Ekskursiya zamanı şagirdlər öyrənirlər ki, Qırxçıraq şəhəri Şirvanşahlar dövlətinin Güştəsp vilayətinin mərkəzi imiş. Şəhər 40 məhəllədən ibarət olmuşdur. Ərazi vahidi kimi bir çıraq 1000 ev olmuşdur. 40 min evdən ibarət olmuş bu şəhər Kür çayının sahilində yerləşirmiş. Sərhədləri Salyanın indiki Qaraçala qəsəbəsindən Babazanan dağına qədər bir ərazini əhatə edirmiş. Bişmiş kərpic və ağ daşdan tikilmiş evlər, dükanlar, karvansaralar, məktəb-mədrəsələr, məscidlər varmış.

Güştəsp vilayətində hərbi məqsədlər üçün döyüş atları yetişdirilib. Yazılı mənbələrdə burada məhsul bolluğundan, bazarların ucuzluğundan danışılır. Şəhərdə nohurlar varmış, əhali su quşları və balıqdan yaxşı qazanc götürürmüş.

Güştəsp vilayəti Atabəylər dövlətinə ildə 1 milyon dinar, təxminən bir o qədər də Şirvanşahlar sarayına vergi ödəyirmiş.

Vilayətin əhalisi çox yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmuşdur. Əkinləri suvarmaq üçün Kür çayından ümumi uzunluğu 30 km olan Şirvan Govur arxı çəkilmişdi. Bu arx Kür çayı axarı boyunca sahildən 7-8 km aralıda Qaraçala qəsəbəsindən və Babazanan dağlarından da keçərək Xəzər dənizinin sahillərinə qədər geniş bir ərazini suvarmağa imkan verirmiş. Su itkisinə yol verməmək üçün arx saxsı, kaşi və ağ daşlarla örtülübmüş. Sara Aşurbəylinin "Şirvanşahlar dövləti" (Bakı. 2006.), Vladimir Minorskinin "Şirvanın tarixi" (1969), Nikolay Xanıkovun "Qafqaz müsəlmanlarının tarixi və etnoqrafiyası" (1864), A.A.Bakıxanovun "Gülüstani-İrəm" (Bakı.1991.) əsərləri əsasında bu məzmunda məlumat çatdırılır. Şagirdlərə o da  bəlli olur ki, Qırxçıraq şəhəri Elxani hökmdarı Hülaki xan tərəfindən tutulmuş, əhalisi qılıncdan keçirilmişdir. Ürəkləri soyumayan işğalçılar şəhəri yandırmışlar.

Təlim forması kimi böyük əhəmiyyəti olan ekskursiya şagirdlərin müşahidə bacarığını inkişaf etdirir; deyilənlərin müvafiq məkanda mənimsənilməsi təbii-psixoloji şəraitdə reallaşdırılır; səkkizincilər Kurqan qəbirləri, arx yerlərini gözləri ilə görürlər və s.

Ekskursiyanın sonunda müəllim şagirdlərə informasiya verir ki, bu yerlərdən tapılmış arxeoloji materiallar Ə.Hüseynzadə adına Salyan Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

Müşahidə və müəllim təcrübəsinin təhlili göstərir ki, bu cür təlimi hazırlıqdan sonra  VIII sinifdə "Şirvanşahlar dövləti" mövzusunun tədrisi həm təlimi, həm də tərbiyəvi baxımdan çox effektli olur. Bunun üçün, ilk növbədə, ekskursiyanın təəssüratlarını aşkara çıxaran ümumiləşdirici sorğu aparılması məsləhətdir.

Sonra müəllim dərslik materialının şərhini verir, ekskursiya məlumatı ilə əlaqələndirmə reallaşdırılır.

IX sinifdə Azərbaycan tarixindən "Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşləri" mövzusunda I Pyotrun Azərbaycanın Xəzəryanı vilayətlərini işğal etməsindən bəhs edilir. Rus qoşunları 1723-cü il iyulun 28-də Bakı şəhərini ələ keçirdikdən sonra Salyanı da işğal ediblər.

Mövzunun tədrisi zamanı diyarşünaslıq məlumatlarını çatdırmaq imkanı var. Müəllim şərhində qeyd olunur ki, Kür çayının sahilində yerləşən, Xəzər dənizinə yaxın olan Salyan strateji əhəmiyyətə malik idi. Bu yerin tutulması rus qoşunları üçün ətraf yerləri ələ keçirməkdə dayaq rolunu oynaya bilərdi.

Necə olub ki, qoşunlar Salyandan çıxarılıb? A.A.Bakıxanovun "Gülüstani-İrəm", Q.M.Musəvinin "Bakı tarixinə dair orta əsr sənədləri", M.Əliyevin "Azərbaycan-rus əlaqələri" əsərlərindən istifadə edən müəllim şagirdlərə aşağıdakı məlumatı söyləyir: O vaxt Salyanın hakimi Səfəvi şahı tərəfindən təyin edilmiş qaytaqlı qulamların yüzbaşısı Həsən bəy olmuşdur.

Hakimin həyat yoldaşı Qəbulə xanım çox igid, qoçaq və qəhrəman qadın imiş. Qəbulə xanım rus qoşunlarının Salyanı işğal etməsinə heç vəchlə dözə bilməmiş, Salyan hakiminin evinə qonaqlığa gələn batalyonun zabitlərinin özlərini işğalçı kimi aparmalarına cavab olaraq özü kimi qadınların köməyi ilə onları məhv etmişdir.

Başsız qalmış batalyonun əsgərləri bir xəstə zabitin başçılığı ilə Salyandan çıxıb Bakıda yerləşirlər. Vətənpərvərlik ruhunda olan bu məlumatı çatdırdıqdan sonra müəllimin sinifdə Qəbulə xanımın hərəkətinin motivi ilə bağlı sual-cavab aparması səmərəli olur.

Azərbaycan tarixi üzrə mövzuların tədrisi zamanı diyarşünaslıq fakt və materiallarından istifadə bir neçə baxımdan faydalı olur:

- şagirdlər tariximizlə bağlı daha geniş, əhatəli və sistemli biliklər qazanır, yeni-yeni məlumatlar öyrənirlər;

- bu diyarşünaslıq materialları onlarda vətənpərvərlik, əməksevərlik, qəhrəmanlıq hisslərinin dərinləşməsinə güclü təsir edir;

- şagirdlərdə doğma diyarın tarixini, t

arixi coğrafiyasını, ədəbi dəyərlərini, görkəmli elm adamlarının həyatını öyrənməyə maraq artır və s.

Bu isə dünya təhsilinə inteqrasiya olunan Azərbaycan təhsilinin qarşıya qoyduğu vəzifələrin reallaşdırılması deməkdir. 

Sahib HƏSƏNOV,
AMİ-nin Salyan filialının Müasir təlim metodları və
dayaq məntəqələri ilə iş kabinetinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov