IELTS (International English Language Testing
System - Beynəlxalq İngilis Dilini Yoxlama
Sistemi) proqramı ingilis dilinin istifadə
olunduğu ölkələrdə təhsil almaq və işləmək
istəyən namizədlərin ingilis dili biliyini 4
meyar üzrə qiymətləndirmək üçün
müəyyənləşdirilmiş imtahandır.
IELTS
imtahanında iştirakçılar 9 ballıq sistemlə
qiymətləndirilir. Dünyanın 500 test mərkəzində
həyata keçirilən imtahanların keyfiyyətinə
nəzarət ən yüksək səviyyədə təşkil edilir.
IELTS imtahanı 2 formada həyata keçirilir:
* Akademik - bakalavriat, yaxud magistratura
pilləsində ingilis dilində bilik qabiliyyətinin
yoxlanılması üçün;
* Ümumi təlim - bakalavriat pilləsindən aşağı
səviyyədə öyrənmək, yaxud işləmək məqsədi ilə
ingilisdilli ölkələrə getmək üçün. Bu formaya
daha çox İngiltərə, Kanada, Avstraliya və Yeni
Zelandiya kimi ölkələrdəki təşkilatlara müraciət
olunduğu zaman üstünlük verilir.
IELTS "British Council", Başqa Dildə Danışanlar
üçün İngilis Kembric Univeristeti (ESOL) və
Avstraliya Universitetlərinin Beynəlxalq İnkişaf
Proqramı Təşkilatı (IDP) kimi 3 böyük qurum
tərəfindən yaradılmış dil imtahan proqramıdır.
İmtahanın effektivliyi 1989-cu ildən daha da
artmağa başlayıb.
"British
Council" - təhsil sahəsində Böyük Britaniyanın
imkanlarını dünyanın digər ölkələrində yaşayan
insanlarla bölüşür. İngiltərə ilə digər ölkələr
arasında uzunmüddətli təhsil əlaqələrinin
qurulmasına şərait yaradan "British Council"
dünyanın 109 ölkəsində fəaliyyət göstərən
beynəlxalq təşkilatdır.
IDP IELTS - Avstraliya beynəlxalq tələbə
mərkəzlərini təklif edən, ingilis dili təlimləri,
test xidmətləri və hökumət adından beynəlxalq
yardım layihələrini idarə edən dünyanın aparıcı
beynəlxalq təşkilatlarından biridir. IDP 1969-cu
ildə Avstraliya universitetləri tərəfindən
yaradılıb və Avstraliya ali təhsil
müəssisələrinə daha çox xarici tələbənin
yerləşdirilməsinə xidmət edir. IDP "IELTS
Avstraliya" vasitəsilə 30-dan çox ölkədə IELTS
test mərkəzləri şəbəkəsini idarə edir.
Kembric Universiteti (ESOL) dünyada ingilis
dilini öyrənənlər üçün imtahanlar təşkil edən
aparıcı təşkilatdır. Bu təşkilat hər il 135
ölkədə 1,4 milyon insan üçün imtahan keçirir.
IELTS imtahanları Bakıda da təşkil olunur. Bu
imtahanda iştirak etmək üçün "British Council"in
ofisinə müraciət etmək lazımdır. IELTS
proqramının rəsmi İnternet ünvanı www.ielts.org
saytıdır.
IELTS-in nəticələri Avstraliya, Kanada, Yeni
Zelandiya, Türkiyə, İngiltərə və Amerika
Birləşmiş Ştatları kimi ölkələrdəki şirkətlər və
universitetlər tərəfindən qəbul edilir.
Azərbaycanda da bu imtahanın nəticəsi getdikcə
daha çox tanınmağa başlayır. Artıq özəl
qurumlarla yanaşı, dövlət müəssisələri də IELTS
imtahanının nəticələrini tanıyırlar.
IELTS imtahanını dünyanın 6000-dən, ABŞ-ın isə
1400-dən çox universiteti və dövlət qurumları
qəbul edir. İmtahanda iştirak edənlərə özlərini
yenidən sınamaq imkanı verilir. IELTS dünya üzrə
dil səviyyəsinin müəyyənləşdirilməsində ən
yüksək beynəlxalq nüfuza malikdir.
IELTS imtahanında tam şəffaflığın təmin edilməsi
məqsədilə müvafiq araşdırmalara da imkan verilir.
IELTS Avstraliya və "British Council" tərəfindən
maliyyələşdirilən IELTS Birgə Araşdırma Proqramı
əhatəli və rabitəli qaydada imtahanın ümumi
təhlilini və obyektivliyinin təmin olunmasını
həyata keçirir.
İmtahanın formatı
IELTS imtahanı dinləmək (listening), oxumaq
(reading), yazmaq (writing), danışmaq (speaking)
bölmələrindən ibarətdir.
Danışmaq bölməsini çıxmaq şərti ilə ümumi
imtahan vaxtı 2 saat 45 dəqiqədir. Belə ki, bu
bölmə digərlərindən fərqli olaraq əvvəlcədən
təyin olunmuş başqa tarixdə keçirilir. İngilis
dilində danışmaq qabiliyyəti test proqramına
uyğun olaraq canlı söhbətlə müəyyənləşdirilir.
İmtahan üçün qeydiyyat
IELTS
imtahanında iştirak üçün qeydiyyatdan keçmək çox
vacibdir. Öncə imtahanda iştirak etmək arzusunda
olanlar yaxınlıqdakı test mərkəzinə gedib uyğun
olan tarixləri nəzərdən keçirirlər. Daha sonra
isə imtahan (Akademik, yaxud Ümumi təlim) yeri
müəyyənləşdirilir. IELTS-in ərizə formasını test
mərkəzindən alıb doldurmaq mümkündür. Eləcə də
namizədlər test mərkəzinin elektron ünvanına
daxil olaraq onlayn formada qeydiyyatdan keçə
bilərlər.
Qeydiyyat üçün maksimum 6 ay əvvəl çəkilmiş
şəkillərin arxası imzalanmaqla təqdim
edilməlidir. Şəkillərlə yanaşı şəxsiyyət
vəsiqəsinin və yaxud kimlik kartının surətini də
göndərmək lazımdır.
Qeyd etdiyimiz kimi, IELTS imtahanının "danışmaq"
bölməsi digərlərindən fərqli vaxtda icra edilir.
Odur ki, "danışmaq" imtahanının tarixini imtahan
günündən 7 gün əvvələ, yaxud da sonraya
müəyyənləşdirmək daha yaxşı olardı.
Akademik və Ümumi təlim imtahan formalarının hər
ikisi üçün ödəniş məbləği eynidir. Ödəməni
birbaşa test mərkəzində də aparmaq mümkündür.
Onlayn qeydiyyat zamanı isə ödənişin digər
formalarından da yararlanmaq olar.
İmtahan
günləri
IELTS imtahanının verilməsi üçün il ərzində
keyfiyyət və təhlükəsizlik baxımından ən yüksək
səviyyədə təmin edilən 48 gün müəyyənləşdirilir.
Bir il üçün nəzərdə tutulmuş günlər əvvəlcədən
cədvəl formasında hazırlanır və saytda
yerləşdirilir. Lakin hər hansı bir səbəbdən
imtahan həmin gün keçirilməzsə, bu barədə
məlumat dərhal iştirakçıların nəzərinə
çatdırılır. Onu da qeyd edək ki, bu cədvəl IELTS
imtahanı təşkil edilən bütün ölkələr üçün
nəzərdə tutulur.
Akademik məzmunda imtahan günləri "A" hərfi ilə
(48 gün), Ümumi təlim məzmununda imtahan günləri
isə "Ü" hərfi ilə (24 gün) işarələnib. Məlumat
üçün qeyd edək ki, Avstraliyada Ümumi təlim
məzmununda imtahan verənlər üçün 27 yanvar, 26
fevral, 20 avqust, 29 oktyabr və 26 noyabr
tarixləri əlavə olaraq müəyyənləşdirilib və bu
cədvəldə qeyd olunmayıb.
2011-ci ildə keçiriləcək IELTS imtahanının
günləri (A-Akademik, Ü-Ümumi təlim)
|
Yanvar |
8 (A) |
15 (A) (Ü) |
22 (A) (Ü) |
27 (A) |
Fevral |
12 (A) (Ü) |
17 (A) (Ü) |
19 (A) |
26 (A) |
Mart |
5 (A) (Ü) |
10 (A) |
12 (A) |
19 (A) (Ü) |
Aprel |
2 (A) (Ü) |
16 (A) (Ü) |
28 (A) |
30 (A) |
May |
7 (A) (Ü) |
14 (A) |
19 (A) (Ü) |
28 (A) |
İyun |
4 (A) |
11 (A) (Ü) |
23 (A) |
25 (A) (Ü) |
İyul |
9 (A) (Ü) |
16 (A) |
28 (A) |
30 (A) |
Avqsut |
13 (A) (Ü) |
16 (A) |
25 (A) (Ü) |
27 (A) |
Sentyabr |
3 (A) (Ü) |
15 (A) |
17 (A) |
24 (A) (Ü) |
Oktyabr |
8 (A) (Ü) |
20 (A) |
22 (A) (Ü) |
29 (A) |
Noyabr |
5 (A) (Ü) |
17 (A) (Ü) |
19 (A) |
26 (A) |
Dekabr |
1 (A) (Ü) |
3 (A) (Ü) |
10 (A) (Ü) |
17 (A) |
|
|
İmtahanın nəticələri
İmtahandan təxminən 13 gün sonra IELTS testinin
nəticəsi poçt vasitəsi ilə ünvanınıza göndərilir.
Cavab kartında 4 bölmə üzrə ayrı-ayrılıqda 0-9
ballıq qiymətləndirmə və yekun bal əks olunur.
IELTS imtahanının nəticələri iki il müddətində
etibarlı sayılır. İki ildən əvvəl əldə olunmuş
imtahan nəticələri, ancaq namizədin ingilis dili
təcrübəsini aktiv şəkildə artırdığına sübutlar
gətirdiyi halda qəbul oluna bilər.
Mükafatlar və qrant
Karolin Klafam IELTS Magistratura mükafatı ildə
bir dəfə dil imtahanının inkişafı sahəsində
verdiyi töhfəyə görə ingilis dilində ən yaxşı
dissertasiya işi və tezislər nominasiyaları üzrə
təqdim edilir.
Onu da qeyd edək ki, "British Council", Kembric
Universiteti (ESOL) və Avstraliya
Universitetlərinin Beynəlxalq İnkişaf Proqramı (IDP)
IELTS imtahanlarının təkmilləşdirilməsi ilə
bağlı tədqiqat layihələrində iştirak edən
tələbələrə, eləcə də xarici tədqiqatçılara
müvafiq materiallar, test bazası və maddi
baxımdan dəstək olurlar.
Ceyran EYVAZZADƏ,
Təhsil Nazirliyinin İctimaiyyətlə
əlaqə şöbəsinin məsləhətçisi |