Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - ¹12

 

Böyük Britaniyaya səfərimiz faydalı və maraqlı oldu

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "British Council" təşkilatı ilə birgə həyata keçirdiyi "Gələcək uğura aparan körpü"  layihəsi çərçivəsində ölkəmizin bir qrup təhsil işçisi - əsasən  ingilis dili müəllim və mütəxəssisləri bu il  fevralın 27-dən martın 8-dək Böyük Britaniyada olmuş, burada layihə üzrə keçirilən məşğələlərdə iştirak etmişlər. Nümayəndə heyətimizə Naxçıvan Dövlət Universitetindən 5 müəllim, Bakı şəhərindən isə 5 trener daxil idi.

Layihə üzrə məşğələlər "Motivasiya və avtonomiya", "Treninq bacarıqlarının inkişafı", "Müəllim hazırlığı", "Təhsilin idarə edilməsi", "ELTA elmi tədqiqat qrupunun təqdimatı", "İngilis dili beynəlxalq dil kimi" mövzularını əhatə edirdi.  Məşğələləri tanınmış mütəxəssislər - York Universitetinin prorektoru, professor  Susanna Dammann, tətbiqi linqvistika bölməsinin doktoru  Ema Uşioda, İngilis dili müəllimi hazırlığı bölməsinin professoru  Riçard Smit, həmin universitetin aparıcı mütəxəssisləri  Penny Mosavian,  AnnaMaria Pinter və Simon Borq (Lidz Universiteti)  aparırdılar.

 Mövzulardan göründüyü kimi, məşğələlər təhsilin müxtəlif aspektlərinə həsr olunmuşdu. Biz hər gün səhər saat 9-dan axşam 4-dək məşğələlərdə olurduq. 4 gün davam edən məşğələlər ərzində universitetin kitabxanasında çalışaraq lazımi materialları əldə etmək üçün hər cür imkan var idi. Kompüterlərə kodlarımız və onlardan istifadə qaydaları öncədən təqdim edilmişdi. Məşğələlər zamanı mövzular üzrə geniş məlumat aldıq, yeniliklərlə tanış olduq.

Layihədə iştirak etmiş müəllim-trener heyəti təhsil sahəsindəki yenilikləri Azərbaycan müəllimləri arasında yaymaq və mümkün qədər çox müəllimin bu layihədən yararlanması üçün yerlərdə treninqlər keçirəcəkdir.

"Gələcək uğurlara aparan körpü" layihəsinə treninqlərlə yanaşı, mədəni proqram da daxil edilmişdi ki, bu da trenerlərin dünyagörüşünün genişlənməsinə hesablanmış faydalı bir addım idi. Layihə çərçivəsində Black Country canlı muzeyinə,  Şekspirin doğulduğu Stratford şəhərinə, məşhur Oksford şəhərinə və Londona səfərlər təşkil edildi.

İlk səfərimiz Qara Şəhərcik (Black Country) canlı müzeyinə oldu. Birminhem şəhərindən 10 mil aralıda yeləşən bu canlı muzey 30 ildir ki, fəaliyyət göstərir. Muzeydə XIX əsrin kənd həyatı canlı olaraq qorunur. Şəhərcikdə 16 dükan və emalatxana, yaşayış evləri bərpa edilərək bir vaxtlar olduğu kimi qorunub saxlanılır. Şəhərciyin adı orada çıxarılan kömürlə bağlıdır. Sakinlərinin bütün həyatı kömür istehsalı ilə bağlı olan bu şəhərcik həm də ilk buxar mühərrikinin vətəni sayılır. Burada turistlər məşhur və dünyada ən yaxşı "fish and chips" (qızardılmış balıq və kartof) dada bilərlər.

Yeraltı kömür mədəninə səyahət canlı muzeyin ən maraqlı hissəsidir. Dükanlarda bələdçilər bizi şirniyyatların köhnə hazırlanma texnologiyası ilə tanış edərək burada istifadə edilən dəzgahları nümayiş etdirdilər.

Dünya şöhrətli Şekspirin doğulduğu Stratforda səyahət də çox yaddaqalan oldu. Bu şəhərin ab-havası və tarixi binalara hörmətli yanaşma siyasəti insanı heyran edir. Öz müasir həyatlarını yaşayan Şekspir həmyerliləri bu məşhurun tarixi varlığından tam yararlanırlar - şəhərə olan turist axını mağazaların, suvenir dükanlarının, kafe və restoranların işini canlandırır. Şəhəri ziyarətimiz zamanı  Şekspirin anadan olduğu evdə, onun qızına məxsus olmuş evdə və Şekspirin dəfn olunduğu kilsədə olduq.

27 kolleci əhatə edən Oksford Universitet şəhərinə səfərimiz Müqəddəs Xaç Kilsəsindən başladı. Oksford kolleclərinin öz kilsələri var. Bu kilsələrin əsasında yaranan kolleclərin çoxunun adı da onlarla bağlıdır. Məsələn, İsa Kilsəsi kollecinə (Christ Church College) səfərimizdə bu gözəl binanın daxilindəki geniş yemək zalının möhtəşəm interyeri məşhur Harri Porter filmindəki mühiti bir daha yaşamağımıza səbəb oldu. Bu interyer insanı elmin aliliyinə bir daha inandırır. Səfərimiz zamanı bu kollecin buraxılış mərasiminə təsadüf etdik. Tünd-göy rəngli təntənəli geyimlərdə olan məzunlar çox ciddi görünürdülər.

Londonun məşhur görməli yerlərinə səyahətimiz sakit və yağmursuz hava ilə müşayiət olundu. Gəmi gəzintisindən sonra London galası Tauer və London körpüsünün gecə görüntülərini izlədik.

Londonun məşhur Madam Tyussod muzeyinin eksponatları və attraksionları ilə tanışlıq da bizdə dərin təəssürat yaratdı.

Dünyada ən böyük kitabxanalardan birinə malik olan British Museum ilə tanışlığımız orada keçirilən Əfqanıstan günlərinə təsadüf etdi. Muzeyin zallarında nümayiş etdirilən eksponatlar tarix və mədəniyyətlərin zənginliyini göstərir. Britaniya Muzeyinə girişin pulsuz olması oraya saysız hesabda insanların gələrək tarix və mədəniyyət nümunələri ilə tanış olmasına və beləliklə də ümumilikdə cəmiyyətin mədəni və intellektual səviyyəsinin artmasına şərait yaradır.

Bu kiçik qeydlərimin  sonunda layihənin müəlliflərinə və təşkilatçılarına layihədə iştirak etmiş müəllim və trenerlərin adından təşəkkürümü bildirirəm.  

Gülşən SƏMƏDOVA,
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin
ingilis dili mütəxəssisi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov