Bakı Dövlət
Universitetində 31 Mart - Azərbaycanlıların
soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.
Soyqırımı aktını xalqımıza qarşı ermənilərin
törətdiyi ən qanlı cinayət kimi səciyyələndirən
rektor, akademik Abel Məhərrəmov Azərbaycan
torpaqları hesabına dövlət quran ermənilərin
tarixin bütün mərhələlərində xalqımıza qarşı
insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda
qaldığını deyib. Rektor bildirib ki, 1918-ci
ilin mart-aprel aylarında ermənilər Bakıda,
Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq
azərbaycanlını qətlə yetirib, evlərini talan
edib, 10 minlərlə insanı yurd-yuvasından
didərgin salıblar.
A.Məhərrəmov
bildirib ki, erməni vand
alizmi,
azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix
boyu davam etsə də, baş verənlərə lazımi qiymət
verilməmiş, dünyaya çatdırılmamışdı. Qanlı faciə
ilə bağlı ən tutarlı siyasi sənəd 80 il sonra
qəbul edilib. Ümummilli lider Heydər Əliyevin
1998-ci il martın 26-da imzaladığı
"Azərbaycanlıların soyqırımı haqqında" fərmanla
ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin
qırğınlarına siyasi qiymət verildi. Hər il 31
martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd
etməklə biz bir daha tarixi keçmişə qayıdır,
xalqımıza qarşı açıq şəkildə həyata keçirilən
soyqırımı qurbanlarının xatirəsini ehtiramla
anırıq. Həmin siyasət bu gün Prezident İlham
Əliyev tərəfindən davam etdirilir, böyük
dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və
müntəzəm iş aparılır, 10 illiklər boyu
formalaşmış stereotiplər və yanlış siyasi
yanaşmalar dəyişdirilməyə çalışılır.
Daha sonra
tədbirdə tələbələr - Günel Vəliyeva, Valeh
Nəbiyev, Riad Rüstəmli, Rahu Qurbanova, Səbuhi
Salamov və Baba Əliyev çıxış ediblər. Anım
mərasiminin sonunda tələbə Tuncay Musazadə
şeirlər söyləyib, slaydlar nümayiş etdirilib. |
|