|
|
|
Fənn olimpiadalarının
yekun turu |
|
|
|
Təhsil
Nazirliyinin müfaviq əmrinə əsasən martın 18-də
fənn olimpiadalarının yekun turu keçirildi.
İştirakçılar martın 17-də qəbul edilib fənlər
üzrə müəyyənləşmiş liseylərin yataqxanalarında
yerləşdirilmişdi. Olimpiadalar Azərbaycan dili
və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat,
fizika, informatika, kimya və biologiya fənləri
üzrə aparıldı. Yekun turu Azərbaycan dili və
ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə
nazirliyin nəzdindəki S.C.Pişəvəri adına
humanitar fənlər gimnaziyasında, riyaziyyat və
fizika fənləri üzrə fizika-riyaziyyat və
informatika təmayüllü liseydə, kimya və
biologiya fənləri üzrə kimya-biologiya təmayüllü
liseydə, informatika fənni üzrə isə Bakı Dövlət
Universitetində keçirildi. Olimpiadalarda
respublikamızın şəhər və rayonlarından 1132
nəfər IX, X, XI sinif şagirdləri iştirak edirdi.
Sabirabad şəhər 5 nömrəli orta məktəbin VIII
sinif şagirdi Emil Aslanlı da Azərbaycan dili və
ədəbiyyat fənni üzrə olimpiadaya qatılmışdı.
Yekun turun nəticələri fənlər üzrə münsiflər
heyətləri tərəfindən araşdırılır və qəzetimizin
növbəti nömrələrindən birində dərc olunacaq.
Niyazi RƏHİMOV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|