AzərTAc xəbər verir ki, Gəncə Özəl Türk
Liseyində Azərbaycanda fəaliyyət göstərən 13
özəl türk liseyinin 7-9-cu sinif şagirdləri
arasında tarix fənni üzrə müsabiqə keçirilmişdir.
Azərbaycan Özəl Türk Liseyləri baş idarəsinin
tarix fənni üzrə metodiki kabinetinin müdiri
Rüfət Əliyev demişdir ki, 7-ci ildir təşkil
olunan bu yarışmanın Gəncədə keçirilməsinin
məqsədi lisey şagirdlərini Azərbaycanın
bölgələri, onun tarixi abidələri ilə yaxından
tanış etməkdir.
Gərgin və maraqlı keçən yarışmada şagirdlər
doğma diyarın tarixi haqqında biliklərini
nümayiş etdirmişlər. Müsabiqəyə yekun vurularkən
Gəncə Özəl Türk Liseyini təmsil edən şagirdlərə
üstünlük verilmişdir. Yarışmanın sonunda ilk üç
yeri tutanlara medal və sertifikatlar
verilmişdir. |