Ali məktəb tələbələrinin respublika fənn
olimpiadasında son illər AMİ-nin Mingəçevir
filialının tələbələri uğurlar qazanırlar.
Filialın II kurs tələbəsi Niyaməddin Məmmədovun
XIV, III kurs tələbəsi Gülzar Həmidzadənin XV
fənn olimpiadalarında qaliblər sırasında olması
bunu bir daha sübut edir.
Filialın tələbələri XVI Respublika fənn
olimpiadasına səylə hazırlaşırlar. Bu günlər
filialda Respublika fənn olimpiadasının ilk turu
- filialdaxili olimpiada keçirilmişdir. Bu turda
150-yə yaxın tələbə Azərbaycan dili, riyaziyyat,
tarix, fizika, ingilis dili və informatika
fənləri üzrə öz biliklərini sınamışlar.
Tələbələrdən Vüsalə Abbasova, Elvin Qarayev,
Zeynəb Qənbərova, Vüsalə Mustafayeva və
başqaları ilk turda daha yüksək nəticələr
göstərmişlər.
Qaliblər Respublika tələbələrinin XVI fənn
olimpiadasında iştirak etmək hüququ qazanmışlar.
A.DADAŞOVA |