Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - ¹11

 

Bakı Slavyan Universitetində təqdimat mərasimi

 

Martın 11-də Bakı Slavyan Universitetinin filologiya fakültəsində BSU-nun "Elmi əsərləri"nin Osvald fon Volkenşteyn Cəmiyyəti (Almaniya) ilə birgə hazırladığı xüsusi buraxılışının təqdimat mərasimi keçirildi. Nəzərə çatdıraq ki, bu nəşr universitetin sözügedən cəmiyyətlə birgə əməkdaşlığının ilk nümunəsi deyil. Belə ki, BSU ilə Almaniyanın Yohannes Quttenberq Universiteti Mayns və Osvald fon Volkenşteyn Cəmiyyəti arasında 2008-ci ildən başlayaraq  "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə": Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı 10 illik layihə həyata keçirilir.

 BSU-nun "Elmi əsərləri"nin Osvald fon Volkenşteyn Cəmiyyəti (Almaniya) ilə birgə hazırladığı xüsusi buraxılış isə alman şərqşünası, türkoloqu və diplomatı Hainrix Fridrix fon Ditsin adı ilə bağlıdır. 1815-ci ildə Dits qədim oğuz dastanı "Kitabi-Dədə Qorqud"un əlyazmasını ilk dəfə üzə çıxartdı. Həmin il fon Dits "Təpəgöz" boyunu almancaya tərcümə etməklə yanaşı, bu möhtəşəm dastan haqqında və  onun qədim yunan miflərilə əlaqəsi barədə araşdırmalarını nəşr etdirir. Beləliklə, Avropa oxucusu "Kitabi-Dədə Qorqud" eposu ilə tanış olur. Həmin dövrdən 195 il keçməsinə baxmayaraq, fon Ditsin adı nəinki alman türkoloji məktəbinin, həm də Azərbaycan filologiyasının unudulmaz simalarından birinə çevrilir.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları salamlayaraq, Azərbaycan-alman mədəni-elmi əlaqələrinin tarixindən danışdı. Bu əlaqələrin bu gün daha da genişləndiyini bildirən K.Abdullayev xüsusi buraxılışda Azərbaycan alimlərinin əsərləri ilə bərabər, Almaniyanın Vürtsburq, Yohannes Quttenberq, Frankfurt və Drezden Sakson Universitetinin görkəmli ədəbiyyat və dil mütəxəssislərinin məqalələrinin də dərc olunduğunu nəzərə çatdırdı. Bildirildi ki, BSU Almaniya və digər inkişaf etmiş ölkələrlə əlaqələrini bundan sonra da genişləndirməyi planlaşdırır və bu yöndə ciddi addımlar atır.  Avropaya təkcə iqtisadiyyat və mədəniyyətlə deyil, elmi cəhətdən də inteqrasiya olmağın vacibliyini vurğulayan professor, bu əlaqələrin elmi-mədəni irsimizə böyük töhfələr verəcəyinə ümidvar olduğunu bildirdi. Professor K. Abdullayev tərəfindən Azərbaycan şairi Mirzə Şəfi Vazeh və alman şairi və tərcüməçisi Bodenştedt yaradıcılığının birgə öyrənilməsi ilə bağlı maraqlı təşəbbüs irəli sürüldü.

Sonra söz Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenşteyn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana verildi. Z.Hartman Şərq və Qərb universitetləri arasında mədəni körpünün yaradıldığını təqdirəlayiq hal kimi qiymətləndirərək BSU-nun rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürünü bildirdi. Qonaq müasir dövrdə alman-Azərbaycan əlaqələrinin genişləndiyini və bunun müsbət nəticələr verəcəyinə əmin olduğunu bildirdi. Qeyd edildi ki, dünyada qloballaşma prosesləri gedir və bu baxımdan Şərq və Qərb universitetlərinin birlikdə işləməsinin, inteqrasiya etməsinin hər iki ölkə üçün çox böyük əhəmiyyəti vardır. Z. Hartman bu layihənin həyata keçirilməsində göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təşəkkür etdi.

Tədbirdə millət vəkili Asim Mollazadə, Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli, Münhendəki  Helmholts adına elmi mərkəzin şöbə müdiri, Ştutqart Universitetinin professoru Məsud Əfəndiyev və digərləri çıxış edərək elmi əsərlərin xüsusi buraxılışının əhəmiyyətini vurğuladılar. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov