Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - ¹11

 

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olunub

 

Xəbər verdiyimiz kimi, martın 10-da Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər" mövzusunda məsələnin müzakirə olunduğu iclasda Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Nazirlər Kabinetindən, digər dövlət qurumlarından nümayəndələr, Təhsil Nazirliyinin şöbə müdirləri, ali məktəblərin rektorları iştirak edirdilər.

İclası təhsil naziri, kollegiyanın sədri Misir Mərdanov açaraq müvafiq dövlət qurumlarından dəvət olunmuş qonaqları və ali məktəb rektorlarını salamlayıb, aktual və vacib bir məsələnin müzakirəsinə yığışdıqlarını bildirdi.

Sonra təhsil naziri "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Təhsil naziri iclas iştirakçılarının diqqətini öncə ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar görülmüş işlərə cəlb edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010-2011-ci tədris ilindən ölkəmizin ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə müzakirələr aparılmış, normativ sənədlər hazırlanmışdır. Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" 25 iyun 2010-cu il tarixli 120 nömrəli qərarı qəbul olunmuş, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmiş, habelə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.

Təhsil naziri xatırlatdı ki, 2010-2011-ci tədris ilindən başlayaraq dövlət və özəl ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Ölkədəki 51 ali təhsil müəssisəsindən 35-i dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmişdir ki, onlardan da 27-si dövlət, 8-i isə özəl ali təhsil müəssisəsidir. 2-si dövlət, 7-si xüsusi təyinatlı, 7-si də özəl olmaqla 16 ali məktəb dövlət sifarişinin yerinə yetirilməsində iştirak etməmişdir.

Sonra nazir bəzi statistik  rəqəmləri diqqətə çatdıraraq qeyd etdi ki, ali təhsilin bakalavriat səviyyəsində dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı 10529 nəfər olduğu halda dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 9788 nəfər təşkil  etmiş, nəticədə dövlət sifarişi 741 nəfər kəsirlə yerinə yetirilmişdir. Hazırda ali məktəblərə qəbul olunan 27612 tələbədən 9788 nəfəri (35,4%) dövlət sifarişi ilə, 17824 nəfəri (64,6%) ödənişli əsaslarla təhsil alır.

Magistratura səviyyəsində dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı 2070 nəfər olduğu halda faktik qəbul 1125 nəfər təşkil etmiş, nəticədə dövlət sifarişi 945 nəfər kəsirlə yerinə yetirilmişdir.

Məsələnin daim gündəmdə saxlandığını vurğulayan nazir 2010-cu il oktyabrın 22-də təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, TQDK sədrinin, Nazirlər Kabinetinin şöbə müdirinin və ali məktəb rektorlarının iştirakı ilə kollegiya iclasının, dekabrın 3-də isə Maliyyə Nazirliyinin məsul əməkdaşlarının iştirakı ilə ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsinin keçirildiyini bildirdi. Qeyd etdi ki, dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali məktəblərlə Təhsil Nazirliyi, həmçinin ali məktəblərlə tələbələr arasında müvafiq müqavilələr bağlanmışdır.

2010-cu ildə dövlət sifarişi üzrə kadr hazırlığının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinə 6 milyon 81 min 933 manat məbləğində vəsait ayrılmış, həmin vəsait təsdiq edilmiş bölgüyə uyğun olaraq 33 ali məktəbin hesabına köçürülmüşdür.

2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə ali təhsil müəssisələrinin I kurs bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş tələbələrin təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 2011-ci ilin sonunadək tələb olunan 18 milyon 245 min 800 manat vəsaitin ali məktəblər üzrə bölgüsü Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş və icra üçün Təhsil Nazirliyinə göndərilmişdir.

2011-ci ilin I yarımili üçün ayrılmış və ümumi məbləği 9 milyon 122 min 900 manat olan vəsait də 33 ali məktəbin hesabına köçürülmüş, Maliyyə, İqtisadi İnkişaf, Təhsil nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul əməkdaşları və digər aidiyyəti şəxslər daxil olmaqla 13 nəfərdən ibarət işçi qrupu yaradılmışdır.

Sonra təhsil naziri kollegiya iclasının iştirakçılarını əldə olunan ilkin nəticələrlə tanış edərək bildirdi ki, yeni maliyyə mexanizminin tətbiqi nəticəsində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali məktəblərin dövlət sifarişi üzrə kadr hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmış, abituriyentlərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim imkanları artırılmışdır. Nazirin sözlərinə görə, ən mühüm nəticələrdən biri dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün ali məktəblərə vəsaitin ayrı-ayrı xərc maddələri ilə deyil, bir xərc maddəsi ilə ayrılmasıdır ki, bu da vəsaitlərin xərclənməsində ali məktəblərin səlahiyyətlərini artırmışdır.

Nazir eyni zamanda qeyd etdi ki, dövlət ali məktəblərinə əvvəlki illərdə dövlət hesabına qəbul olmuş və II, III, IV kurslarda bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin xərclərinin ödənilməsi məqsədi ilə 2011-ci il üçün nəzərdə tutulan vəsait 4 xərc maddəsi üzrə ("Ştatda olan işçilərin əməkhaqqı", "Dövlət Sosial Müdafiə Fonduna ayırmalar", "Sair xərclər" və "Bank xərcləri") proqnozlaşdırılmışdır.

Təhsil naziri dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün 2010-cu ilin sentyabr-dekabr ayları üzrə dövlət ali təhsil müəssisələrinə ayrılmış vəsaitin Maliyyə Nazirliyinin müvafiq əmrinə əsasən ilin sonunda dövlət büdcəsinə silinməyib növbəti ilə keçirilməsini də ən mühüm nəticələrdən biri kimi dəyərləndirdi. Bildirdi ki, 2010-2011-ci tədris ilində dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və təhsil haqlarından azad olunan məcburi köçkün tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı təklifə Maliyyə Nazirliyi müsbət yanaşmış və bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Nazirlər Kabinetinin qərar layihələri hazırlanmışdır.

Nazir Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərə 2010-2011-ci tədris ilində qəbul olmuş və ödənişdən azad olacaq məcburi köçkün tələbələrin sayı və təhsil haqları barədə məlumatı əks etdirən cədvəli iclas iştirakçılarına təqdim etdi və oradakı ayrı-ayrı rəqəmlər üzərində dayandı.

İclas iştirakçılarının diqqətini bir sıra digər nəticələrə də yönəldən təhsil naziri daha sonra dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin 2011-ci ilə proqnozlaşdırılan xərclərinin xərc istiqamətləri üzrə bölgüsü barədə məlumat verdi və həmin xərclərin ali məktəblər üzrə bölgüsünü əks etdirən cədvəlləri nümayiş etdirdi.

Nazir məruzə-təqdimatında habelə dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin 2011-ci ilə proqnozlaşdırılan xərclərinin xərc istiqamətləri üzrə bölgüsü barədə məlumat verdi. Cədvəllərin təhlili əsasında nazir xərclərin xərc maddələri üzrə bölgüsünün bəzi məqamlarına diqqəti çəkdi, maliyyə müstəqilliyi verilən universitetlərdən başqa, yerdə qalanlara cari və əsaslı təmir, inventar və avadanlıqların alınması, ezamiyyə xərcləri üzrə vəsaitin ayrılmamasını, büdcədənkənar gəlirlər hesabına nəzərdə tutulan xərclərdə əməkhaqlarına ayırmaların çoxluq təşkil etdiyini və ayrı-ayrı universitetlərdə bir-birindən xeyli fərqləndiyini qeyd etdi, bu məsələlərə gələcəkdə diqqət yetirilməsinin zəruriliyini vurğuladı.

Kollegiya iclasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı bəzi məsələlər dövlət ali təhsil müəssisələri rəhbərlərinin nəzərinə çatdırıldı. Qeyd olundu ki, əvvəlki qaydada dövlət büdcəsindən bakalavriat səviyyəsində II kurslar üçün ayrılan vəsaitlərin həcminə yalnız əməkhaqlarının, təqaüd məbləğlərinin, kommunal xidmət haqlarının və s. bu kimi digər xərclərin artımı ilə bağlı yenidən baxıla bilər. Digər hallarda il ərzində bu vəsaitlərin həcminin artırılması mümkün olmayacaqdır. Bu səbəbdən ali məktəblər tərəfindən mövcud resursların daha rasional istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir. Diqqətə çatdırıldı ki, bu kimi tədbirlərə paralel və lüzumsuz kafedraların, fakültələrin bağlanması, artıq ştatların ixtisar olunması, əlavə xərclərə yol verilməməsi, kommunal xərclərə qənaət edilməsi və s. aiddir.

Təhsil naziri onu da vurğuladı ki, 2010-cu ilin yekunlarının ilkin təhlili dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi ilə bağlı ayrılmış vəsaitin bir sıra dövlət ali təhsil müəssisələri tərəfindən işçilərin əməkhaqqı, müavinət, tələbələrə verilən təqaüdlər və kommunal xidmət haqlarının dəyəri üzrə ödənişlər kimi, ilk növbədə, müdafiə olunmuş xərclərə deyil, digər istiqamətlərə (ezamiyyə, cari və əsaslı təmir xərclərinə, inventar və avadanlıqların alınmasına) istifadə olunduğunu göstərmişdir. Buna görə də nazir cari ildən başlayaraq ali təhsil müəssisələrinə bu məqsədlə ayrılan büdcə vəsaitinin, həmçinin büdcədənkənar gəlirlərin, ilk növbədə, müdafiə olunan xərclərə və prioritet istiqamətlərə yönəldilməsini zəruri saydı.

Təhsil nazirinin məruzə-təqdimatında bir sıra təkliflər səsləndirildi. Qeyd olundu ki, dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi məqsədi ilə ayrılmış vəsait əksər ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd xərclərinin ödənilməsinə kifayət edir, müvafiq maddi-texniki bazanın yaradılması və saxlanılmasına şərait yaratmır. Digər tərəfdən, ötən il dövlət sifarişi üzrə bir təhsilalana düşən xərclərin miqdarı təsdiq olunduqdan sonra tələbələrin və doktorantların təqaüdləri, eyni zamanda su və kanalizasiya xidmətləri ilə bağlı kommunal xərclərin dəyəri artmışdır. Bunları nəzərə alaraq dövlət sifarişi üzrə hər bir təhsilalana düşən xərclərin miqdarına yenidən baxılması və bu məbləğin artırılması təklif olundu. Eyni zamanda, bir sıra oxşar və eynitipli ixtisaslar üzrə təsdiq olunmuş bir təhsilalana düşən təhsil xərclərinin miqdarı arasında kəskin fərqlər mövcud olduğundan, bir təhsilalana düşən xərclərin miqdarı müəyyənləşdirilərkən bəzi ixtisasların spesifikası nəzərə alınmadığından oxşar və eynitipli ixtisaslar üzrə bir təhsil alana düşən təhsil xərclərinin miqdarına yenidən baxılaraq uyğunlaşdırılması təklif edildi. Bildirildi ki, dövlət sifarişi üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı vaxtaşırı indeksasiya olunmalı, dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişçisi ilə qəbulla bağlı müsabiqə ballarının müəyyənləşdirilməsinə fərdi yanaşılmalıdır.

İrəli sürülən təkliflər sırasında tələbə statusu qazanmış şəxslərə güzəştli təhsil kreditlərinin verilməsi ilə bağlı müvafiq qanunun qəbul edilməsinə ehtiyac olduğu, ilin sonunda büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməyib növbəti ilə keçirilməsinin vacibliyi, özəl ali məktəblərin dövlət sifarişində iştirakının stimullaşdırılması və s. məsələlər də qeyd olundu.

Maliyyə naziri Samir Şərifov kollegiya iclasında çıxış edərək müzakirə olunan məsələnin vacibliyini qeyd etdi, toxunulan bəzi problemlərə, irəli sürülən təkliflərə öz münasibətini bildirdi, bir sıra məsələlərə aydınlıq gətirdi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov