Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın
11-də paytaxtın Səbail rayonundakı 6 nömrəli
məktəbin yeni binasında tikinti işlərinin gedişi
ilə tanış olmuşdur.
Dövlətimizin
başçısı 6 nömrəli məktəbin yeni binasının
tikildiyi əraziyə gəldi, inşaat işlərinin gedişi
ilə tanış oldu. Prezident İlham Əliyev məktəbin
yeni binasının inşası ilə bağlı tapşırıqlar
verdi.
Bildirildi ki,
qısa vaxt ərzində binanın beş mərtəbəsi inşa
edilmiş, idman zalı üçün nəzərdə tutulan
korpusun tikintisi başa çatdırılmışdır. Hazırda
binada tamamlama işləri aparılır. Burada
şagirdlərin təhsil almaları üçün yüksək şərait
yaradılacaqdır.
Görülən
işlərlə yaxından tanış olan Prezident İlham
Əliyev müvafiq tapşırıqlarını verdi.
AzərTAc |