Bakıdakı 47
nömrəli orta məktəbdə təlimin səviyyəsini
artırmaq məqsədi ilə "açıq dərs"lərin təşkilinə
və həyata keçirilməsinə geniş yer verilir. Hər
həftə siniflər üzrə müəllimlərin "açıq
dərs"ləri keçilir və pedaqoji kollektivdə geniş
müzakirə olunur.
Məktəbin
direktoru Aytən Bağırova bildirdi ki, təhsil
ocağında müəllimlər yaradıcı fəaliyyət göstərir,
qabaqcıl təcrübəni öyrənmək, "açıq dərs"lər
həftəsi keçirməklə, metodbirləşmə iclaslarında,
elmi-metodik seminarlarda geniş fikir mübadiləsi
aparmaqla bir-birindən öyrənir, qarşıya çıxan
problemləri aradan qaldırırlar.
Hazırda
məktəbdə "açıq dərs"lər həftəsi davam edir. Bu
işin yekun mərhələsində məktəb üzrə qalib
olan sinfin mükafatlandırılması da nəzərdə
tutulub.
Şakir CƏFƏROV |