Bakıdakı 229
nömrəli orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar
Günü münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş
sözü ilə məktəbin direktoru Fəridə Bağırova
açaraq bildirdi ki, cəmiyyətimizin inkişafında
qadınların rolu əvəzsizdir. Qeyd olundu ki,
humanizm, insanpərvərlik, vətənpərvərlik
Azərbaycan qadınını daim səciyyələndirmişdir.
Azərbaycan qadını tarixin bütün mərhələlərində
nəyə qadir olduğunu sübuta yetirmişdir. İstər
elm, təhsil, mədəniyyət , istərsə də səhiyyə
ocaqlarında öz vəzifələrinin öhdəsindən uğurla
gələn qadınlarımıza dövlətimiz tərəfindən həmişə
diqqət və qayğı göstərilir.
Tədbirin
aparıcıları vurğuladılar ki, Azərbaycan
qadınının mərdliyi, dözümlülüyü, səmimiyyəti,
paklıq və səadəti, vəfa və isməti ən ali dəyər
kimi həmişə qiymətləndirilib. Ümummilli
liderimiz Azərbaycan qadınları haqqında
demişdir: "Mən bütün fəaliyyətimdə həmişə
qadınlara arxalanmışam, onları özümün dayağı
hesab etmişəm".
Məktəbin
şagirdləri 8 Mart Beynəlxalq Qadınlar Gününə
aid şeirlərlə, mahnılarla, səhnəciklərlə həmin
günü unudulmaz xatirəyə çevirdilər. Çıxış
edənlər bu gün münasibəti ilə bütün Azərbaycan
qadınlarını təbrik etdilər, onların ünvanına xoş
sözlər dedilər.
R.RAMAZANOĞLU |
|