"Ali
təhsildə
yeni
maliyyələşmə
mexanizminin
tətbiqi
ilə
bağlı
mövcud
vəziyyət,
ilkin
nəticələr
və
təkliflər"
mövzusunda
məsələnin
müzakirə
olunduğu
iclasda
Azərbaycan
Respublikasının
maliyyə
naziri
Samir
Şərifov,
Nazirlər
Kabinetindən,
digər
dövlət
qurumlarından
nümayəndələr,
Təhsil
Nazirliyinin
şöbə
müdirləri,
ali
məktəblərin
rektorları
iştirak
ediblər.
Təhsil naziri
Misir Mərdanov müzakirə olunan məsələ ilə bağlı
geniş məruzə-təqdimatla çıxış edib. Çıxışında
təhsil naziri ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı görülmüş
işlərdən, əldə olunan ilkin nəticələrdən bəhs
edib, dövlət sifarişi üzrə kadr hazırlığının
yerinə yetirilməsində iştirak etmiş ali
məktəblərin 2011-ci ilə proqnozlaşdırılan
xərcləri, həmin xərclərin xərc istiqamətləri
üzrə bölgüsü barədə məlumat verib. İclasda
habelə ali təhsildə yeni maliyyə mexanizmi ilə
bağlı bir sıra məsələlər dövlət ali təhsil
müəssisələri rəhbərlərinin nəzərinə çatdırılıb,
təkliflər səsləndirilib. Maliyyə naziri Samir
Şərifov iclasda çıxış edərək müzakirə olunan
məsələnin vacibliyini qeyd edib, toxunulan bəzi
problem və təkliflərə öz münasibətini bildirib,
bir sıra məsələlərə aydınlıq gətirib.
(Kollegiya
iclasından geniş material qəzetimizin növbəti
nömrəsində dərc olunacaq).
Y.ƏLİYEV |
|