Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - ¹09

 

Riyaziyyat dərslikləri müəllim və şagirdləri qane edirmi?

 

Bu sual günün aktual suallarından biridir. Daim müzakirə mövzusuna çevrilir. Bir fənn müəllimi kimi bu suala aydınlıq gətirmək məqsədi ilə bəzi araşdırmalar aparmaq qərarına gəldim. Bunun üçün IX sinif "Cəbr" dərsliyini seçdim. Ona görə ki, IX sinif buraxılış sinfidir. Bu sinif üçün hazırlanmış dərsliyin məsuliyyəti daha  böyükdür.  Dərslikdə yeni mövzuların öyrədilməsiylə yanaşı, əsas təhsil bazasında (V-IX siniflərdə) öyrədilmiş mövzuları təkrarlamaq və bilikləri kompleksləşdirmək məqsədi qarşıda durur. Bəs dərslik bu tələblərə necə cavab verir?  

Dərslik 6 fəsildən ibarətdir. I fəsildə "Funksiya və onun xassələri" öyrədilir. Funksiya haqqında ilk anlayışlar VII-VIII siniflərdə verilmişdir. İlk paraqraflar bu siniflərdə keçilənlərin təkrarına həsr olunmuşdur. Çünki ilk anlayışları bilmədən funksiyanın digər xassələrini öyrənmək çətindir. Bu biliklər təkrarlandıqdan sonra əlavə biliklər verilir. Qrafiklərin köməyilə funksiyaların təyin oblastının, qiymətlər çoxluğunun ən böyük və ən kiçik qiymətlərinin tapılması qaydası konkret nümunələr üzərində göstərilmişdir.  İzahat çox sadə dildə verilmişdir. Şagirdlər müstəqil şəkildə də dərsliyin köməyi ilə bu  mövzuları öyrənə bilərlər. Nəzəri məlumat təqdim olunan mövzunu tam əhatə edir. Verilən çalışmalar isə nəzəri bilikləri praktik olaraq möhkəmləndirməyə kömək edir. Əvvəlki dərsliklərdən fərqli olaraq yeni dərslikdə y=f(x)+n;  y=f(x-m);  y=f(x-m)+n; y= -f(x); y=f(-x) funksiyaları, bu funksiyaların xassələri və qrafiklərin çevrilməsi daha sadə dildə izah olunmuşdur. Qrafiklərin çevrilməsini təsvir edən şəkillərdə müxtəlif rənglərdən istifadə olunmuşdur ki, bu da müəllimin işini daha əlverişli edir. İzahatın daha anlaşıqlı olmasını təmin edir. Nəzərə alsaq ki, qrafiklərdə həll olunan məsələlərə təkcə riyaziyyatda yox, həm də həndəsə, fizika və coğrafiya dərsliklərində də rast gəlirik, onda mövzuların əhəmiyyətinin nə dərəcədə vacib olduğunu görərik.

Bərabərsizliklər mövzusunda isə intervallar üsulu ilə həll qaydası bir çox    çalışmaların həllini asanlaşdırır və az vaxt ərzində çox çalışma həll etməyə şərait yaradır. Müasir təlimdə bu, əsas şərtlərdən biridir. Əvvəlki vəsaitlərdəki qaydalarla isə çalışmaların həlli çox vaxt tələb edirdi.  Dəyişəni modul işarəsi daxilində olan bərabərsizliklərin həlli daha mükəmməl qaydada izah olunmuşdur.  Bərabərsizliklərdə bir neçə modul işarəsi olduqda onların həlli qaydası əvvəlki dərsliklərdə izah olunmurdu.

II fəsildə "Tənliklər və tənliklər sistemi" yer alır. Bu fəsildə də dərslikdə olan yenilikləri qeyd etmək istərdim. Kvadrat tənliyə gətirilən tənliklər mövzusunda şagirdlərin bilik dairəsini genişləndirmək məqsədi ilə "Qayıtma tənlik", "Simmetrik tənliklər", "Çəp simmetrik tənlik" anlayışları verilmişdir. Onların həlli qaydaları konkret nümunələrlə göstərilmişdir. Dərslikdə verilən qayda və nümunələr bütün növlü tənliklər və tənliklər sistemini əhatə edir. Fənlərarası inteqrasiya məqsədilə düzbucaqlının sahəsi ilə tərəfləri arasında,  düzbucaqlı üçbucağın katetləri ilə hipotenuz arasında, gedilən yol ilə sürət və zaman arasında, fəhlələrin gördüyü iş ilə işə sərf olunan vaxt arasında əlaqəni göstərən məsələlər verilmişdir. Bunlar da sistem tənliklərin köməyi ilə həll olunur.

III fəsildə "ardıcıllıq, ədədi və həndəsi silsilələr" öyrədilir. Bu mövzuların da əhəmiyyəti böyükdür. Çünki qəbul testlərində bu tip çalışmalara üstünlük verilir. Bunu nəzərə alaraq bu mövzulardakı çalışmaların sayı artırılsa, daha yaxşı olar. Nəzərə alsaq ki, sinifdəki şagirdlərin hamısının bilik səviyyəsi eyni olmur, ona görə ən sadədən ən mürəkkəbə doğru çalışmalar verilməlidir. Mövzuya aid çalışmaların əksəriyyəti üç və dörd bənddən ibarətdir. Bəndlərin sayı artırılsa, şagirdlər tərəfindən mənimsəmə faizi daha da artar. Şagirdlərin çalışma həllinə az vaxt sərf etmələri məqsədi ilə ədədi silsilədə hədlər fərqi üçün 

hədlər arasında əlaqə üçün am=an+d(m-n); (m>n) həndəsi silsilədə vuruq üçün  QUOTE    ; (m>n) hədlər üçün bm = bn qm-n; (m>n)bm=bnXqm-n; (m>n) düsturlarını əlavə etmək məqsədəuyğundur. Bu tipli çalışmaların sayı da dərslikdə artırılsa, yerinə düşər. Çünki test tapşırıqlarında bu tipli çalışmalar üstünlük təşkil edir.  Ədədi silsilədə ədədi orta düsturu, hədlərin xassələrini ifadə edən düstur, həndəsi silsilədə həndəsi orta düsturu və hədlərin xassələrini ifadə edən düstur şagirdlərin işini asanlaşdırır.

IV fəsildə "Rasional üstlü qüvvət", n-ci dərəcədən kök, y=xn: funksiyaları və onların xassələri ətraflı şəkildə izah olunur. Çalışmalar mövzunu tam  əhatə edir. Qrafiklər aydın şəkildə verilmişdir. Ədədin kvadratı ilə hesabi kök, n-ci dərəcədən qüvvət ilə n-ci dərəcədən kök arasında əlaqə aydın şəkildə izah olunmuşdur.

V fəsildə "Triqonometrik ifadələr" və onların çevrilməsindən bəhs edilir. Mövzular nisbətən çətin olduğundan bu mövzulara geniş yer verilmişdir. Triqonometrik  eyniliklər və düsturlar və onlardan istifadə etməklə çalışmalar həllinə aid çoxlu nümunələr verilmişdir. Bu dərslikdə hasilin cəmə çevrilməsi və yarımarqument düsturları əlavə olunmuşdur. Çalışmaların çox növlü olması mövzunun daha mükəmməl mənimsənilməsinə xidmət edir. Eyniliklərin isbatına aid çalışmalar şagirdlərin məntiqi təfəkkürünün inkişafı və onların analiz etmə qabiliyyətini inkişaf etdirir. Verilmiş çalışmalar mövzunu tam əhatə edir.

VI fəsil "Funksiyanın törəməsi anlayışı" adlanır. Burada törəmə haqqında anlayışlar verildikdən sonra törəmə düsturları verilir. Törəmənin hesablanmasına aid çalışmalar  verilmişdir, ancaq onların sayı azdır. Törəməyə aid on dörd düstur verildiyi halda, çalışmaların sayı on birdir. Mövzunun tam mənimsənilməsi üçün digər vəsaitlərdən istifadə zərurəti yaranır. Bu fəsildə törəmənin köməyi ilə sürətin və təcilin hesablanmasına aid çalışmalar riyaziyyat və fizika fənləri arasında əlaqəni əks etdirir. Bu, müasir tələblərə uyğundur.

VI fəsil sonuncu olduğu üçün bu fəsildə VI-IX sinifdə keçilmiş mövzuları yekunlaşdırmaq məqsədi ilə təkrar üçün çalışmalara geniş yer verilmişdir. Dərslik  maraqlı test tapşırıqları ilə yekunlaşdırılır.

Araşdırmaların nəticəsi olaraq və təmasda olduğum bir çox müəllimlərin qənaətlərini ifadə edərək dərsliyin səviyyəsinin yüksək olduğunu qeyd etməyi özümə borc bilirəm. Fikrimcə, müəllimlər dərsliklərə aid rəy və təkliflərini bildirməklə milli dərsliklərimizin daha mükəmməl olmasına xidmət etmiş olar.

Akif ŞİRİNOV,
Bakı şəhərindəki 49 nömrəli

"İntellekt" məktəb-liseyin riyaziyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov