2011-ci ilin
mart ayında tanınmış ictimai xadim, Sosialist
Əməyi Qəhrəmanı Nikolay Konstantinoviç
Baybakovun 100 illiyi tamam olur.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq Azərbaycanda neft
sənayesinin inkişafına böyük töhfələr vermiş
Nikolay Konstantinoviç Baybakovun xatirəsini
əbədiləşdirmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Bakı Şəhər
İcra Hakimiyyəti şəhərin küçələrindən birinə
Nikolay Konstantinoviç Baybakovun adının
verilməsini, Sabunçu rayonundakı 67 nömrəli
məktəbin qarşısında onun büstünün qoyulmasını və
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
"Balaxanıneft" Neft və Qazçıxarma İdarəsinin
inzibati binasına xatirə lövhəsinin vurulmasını
təmin etsin.
2. Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
ilə birlikdə Nikolay Konstantinoviç Baybakovun
fəaliyyətinə həsr olunmuş konfrans keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2011-ci il |