"Xalqımızın
çox qəhrəman, igid övladları torpaqlarımızın
müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq
bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi
yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən
bu, hər bir Xocali sakininin öz torpağına,
millətinə, Vətəninə sədaqətliyinin nümunəsidir,
ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi
qüvvələri tərəfindən Azərbaycana qarşı edilən
soyqırımdır-vəhşiliyin görünməmiş təzahürüdür".
Heydər ƏLİYEV
"1992-ci il
fevralın 26-da xalqımız öz taleyinin ən ağır və
acılı anlarından birini yaşadı. Həmin gün qədim
Azərbaycan şəhəri Xocalı erməni hərbi
birləşmələri tərəfindən yer üzündən silindi. Heç
bir zərurət olmadan yüzlərlə dinc sakin tarixdə
analoqu olmayan işgəncələrlə öldürüldü,
meyitləri təhqir olundu. Uşaqlar, qadınlar,
qocalar, bütöv ailələr məhv edildi. XX əsrin
sonunda təkcə Azərbaycan xalqına qarşı deyil,
bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri
baş verdi".
İlham ƏLİYEV
Faciənin dəhşətləri rəqəmlərin dili ilə
* 613 nəfər
öldürülüb (106 nəfəri qadın, 63-ü azyaşlı uşaq,
70-i qoca)
* 8 ailə
tamamilə məhv edilib
* 25 uşaq hər
iki valideynini itirib
* 130 uşaq isə
valideynlərindən birini itirib
* 1275 nəfər
girov götürülüb
* 150 nəfər
itkin düşüb
* 1000 nəfər
əlil olub |